Bu gün Bakının "Fəvvarələr Meydanı"nda icazəsiz aksiya keçirilib. SİA-nın verdiyi məlumata görə, hələ bir müddət öncə aksiya ilə bağlı geniş reklam olunmasına baxmayaraq aksiyada çox az sayda adam olub. İştirakçıların çoxu özlərini "jurnalist" kimi göstərən, müxtəlif rəngli gödəkçələr geyinmiş qızlar idi.
Polis aksiya iştirakçılarına çox etik və qanunlar çərçivəsində davranıb, hətta polisin ünvanına açıq şəkildə tərbiyəsiz və təhqiramiz şüarlara baxmayaraq (“Polis olma, adam ol”), heç bir zorakılığa yol verilməyib.
Aksiyada diqqət çəkən məqamlardan biri LGBT-nin bayrağının qaldırılması oldu, hətta “Petuxlar mafiya sistemə qarşı” kimi ədəbsiz şüarlar da oldu.
Qeyd edək ki, bir müddətdir ABŞ-ın nəzarətində olan “Amerikanın səsi” və “Azadlıq” radioları üç gün bugünkü aksiya ilə bağlı geniş təbliğat (təşkilatçılarla müsahibələr, onların dilindən çağırışlar və s.) aparırlar.
Xatırladaq ki, “Amerikanın səsi” və “Azadlıq” radiosunun bu mövqeyi ilə “Sputnik” agentliyi də bu ilin yanvarında Qazaxıstan hadisələri zamanı da eyni mövqe nümayiş etdirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB