Heydər Əliyev Fondu Şuşada əhəmiyyətli işlər görür - DEPUTAT ŞƏRH ETDİ

Heydər Əliyev Fondu Şuşada əhəmiyyətli işlər görür - DEPUTAT ŞƏRH ETDİ

“Bildiyimiz kimi Heydər Əliyev Fondu yarandığı gündən bu günə qədər istər ölkə daxili, istərsə də xaricində çox əhəmiyyətli layihələrə imza atıb. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, sənətinin, elminin, təhsilinin, səhiyyəsinin, yəni bütövlükdə bir çox sahələrin dirçəldilməsi, inkişaf etdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli tədbirlər keçirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bunların hər birindən istər Azərbaycan, istərsə də dünya ictimaiyyəti xəbərdardır: “Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın bütün istiqamətlərdə həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyətə malikdir. Son iki il ərzində işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən fəaliyyət tədbirlərini, proqramları, layihələri əlbəttə ki, vurğulamalıyıq. Heydər Əliyev Fondunun, birbaşa Mehriban xanım Əliyevanın rəhbərliyi, tapşırıqları və özünün birbaşa diqqəti və iştirakı ilə bu gün işğaldan azad olunmuş torpaqlarımızda Şuşada mənəvi, mədəni abidələrimizin bərpa olunması, tanıdılması istiqamətində böyük əhəmiyyətə sahib işlər görülür.
Bu günlərdə Şuşa “Xarıbülbül” festivalına ev sahibliyi edir. Daha əvvəlki tarixlərdə də böyük beynəlxalq festival, Vaqif məqbərisinin açılışı oldu. Eyni zamanda bir çox mədəniyyət xadimlərimizin ev muzeyləri bərpa olunur. Şuşa qapısını həm bizə, həm də bütün xaricə açıb. Şuşada bugünlərdə yenə də Kulinariya festivalı da keçirildi ki, bu da olduqca böyük bir marağa səbəb oldu. Hazırda Qarabağda bir çox sahələr üzrə tədbirlər, layihələr həyata keçirilir.

Kapitulyasiya bəyanatından dərhal sonra iqtisadiyyat, infrastruktur sənaye sahələri dirçəldildiyi kimi mədəniyyyətimiz də orada yenidən bərpa olundu. Bütün bu layihələrin keçirilməsində Heydər Əliyev Fondunun qayğısı danılmazdır. Cənab Prezident İlham Əliyevin bölgəyə hər səfərində Mehriban xanım Əliyevanın da birbaşa burada iştirakının şahidi oluruq. Bu torpaqlara qayıtmağımızın qürurunu hər dəfə ölkə rəhbərinin və ölkənin birinci xanımının bu torpaqlara qədəm qoyması və hər zaman yeni açılışlara imza atması ilə bir daha qürurlanır və bu torpaqlarda inkişafın şahidi oluruq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə