Hər iki ölkədə digər millətlərə qarşı aqressiya artıb - SİYASİ EKSPERT AÇIQLADI
"Antisemitizmin artması Ermənistan və Rusiyada faşizm və millətçi ideologiyanın baş qaldırması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, hər iki ölkədə digər millətlərə qarşı aqressiya artıb: "Digər səbəbi İsrailə qarşı qaynaqlanan münasibətdir. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hitleri yəhudi adlandırmaqla İsrailin qəzəbinə tuş gəlmişdi. Rusiya-Ukrayna müharibəsi başlamamışdan qabaq Rusiya ikinci dünya müharibəsinin qalib varisi kimi həm də özünü yəhudilərin Hitler faşizmindən xilaskarı kimi göstərirdi. İndi isə bu istiqamətdə vəziyyət bir qədər dəyişib. Rusiya-Ukrayna müharibəsi başlayan zaman İsrail Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdi, istisna edilmir ki, bu ölkədən hərbi texnoloji baxımdan da dəstək göstərilir. Əlbəttə ki, bu Rusiyanı qıcıqlandırmaya bilməzdi. İkinci Qarabağ müharibəsində də biz bunun şahidi olduq. İsrailin hava sistemindən müdafiə sistemləri Azərbaycanın hava məkanını Rusiya istehsalı olan raketlərdən çox effektli şəkildə qoruya bildi. Hesab edirəm ki, bu məsələdən də Rusiya narazı qalmışdı. Digər tərəfdən regionda yeni gəlişmələr var, Türkiyə ilə İsrail arasında siyasi yaxınlaşma var və bu gün Ukrayna bu ölkələrin PUA-larından aktiv şəkildə istifadə edir. Həm ikinci Qarabağ müharibəsi, həm də Rusiya-Ukrayna müharibəsində Türkiyənin və İsrailin hərbi texnoloji sənayesi Rusiya hərbi sənayesi üzərində çox böyük qələbə qazandı, bu isə öz hərbi potensialı ilə öyünən Rusiya kimi dövlət üçün böyük zərbədir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB