Bununla bağlı nəinki etiraz, iki cümləlik bəyanat belə verilməyib - PARTİYA SƏDRİ AÇIQLADI

"Azərbaycanda Qərbin nəzarətində olan "beşinci kolon"un fəallaşması hər kəsi ciddi şəkildə narahat etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, son aylarda Qərb ölkələrində ilk növbədə ABŞ-da Azərbaycan və Türkiyə əleyhinə nə qədər dəhşətli qərarlar qəbul olunub: "Azərbaycan Qarabağ ermənilərinə qarşı müharibəyə başlamaqda, əsirlərə qarşı qeyri-insanı hərəkət etmək, onların başını kəsmək, onları qətlə yetirmək hallarına yol verməkdə günahlandırılıb. Azərbaycanın qadağan olunmuş sursatlardan istifadə etdiyi, müharibə cinayətləri törətdiyi iddia olunub. Azərbaycana qarşı həqiqətə qətiyyən uyğun olmayan addımlar atılıb. Bununla bağlı nəinki etiraz, iki cümləlik bəyanat belə verilməyib.

Azərbaycanda müəyyən qüvvələr sabitliyi pozmağa çalışırlar. Onlar elə təsəvvür yaratmağa çalışırlar ki, guya Azərbaycanda insanların hüquqları pozulur, ictimai fəallara qarşı zorakılıq halları baş verir, Azərbaycanda demokratiya yoxdur və s. Qərbdən maliyyələşən qruplar ifşa olunmalıdır. Onlar dövlət üçün təhlükəlidir. Belə məqamda ölkədə sabitliyi pozmağa çalışanları, ölkənin imicinə zərbə vurmağa çalışanlar ifşa edilməlidir. Çünki sülh danışıqlarının sürətləndiyi bir dövrdə bu cür hərəkətə yol vermək Azərbaycana xəyanətdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə