Ermənistandakı təxribatlar iqtidar hakimiyyətini devirə biləcək? - POLİTOLOQ AÇIQLADI
“Ermənistandakı aksiya və mitinqlərin xaricdən idarə olunduğu tam bəlli olan məsələdir. Düşünürəm ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması və Azərbaycanın 5 maddəli sülh təklifinə pozitiv cavab verməsi Ermənistandan daima oyuncaq kimi istifadə edən bəzi qüvvələri narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Ermənistanda hazırda müxaliflərin və revanşist qüvvələrin təşkil etdiyi küçə aksiyaları və mitinqlərinin arxasında xarici güclərin olmağı həmin askiyalara verilən xarici media dəstəyindən də aydın görülür: “Özəliklə rus mətbuatı Ermənistan müxalifətinin keçirtdiyi aksiyaları ciddi şəkildə dəstəkləməklə məşğuldur. Fikrimcə, bütün bu hadisələrdən sonra Paşinyan hər hansısa bir qərar alarkən daha ehtiyatlı olmalıdır.
Ümumilikdə Ermənistanda dövlətçilik elementləri zəif olduğuna görə istənilən xarici güc faktoru ölkənin daxilində baş verən iqtisadi, siyasi vəziyyətdən öz maraqları və xeyirləri üçün yararlanmaq kimi özəlliyə malikdirlər. Nəzərə almaq lazımdır ki, Ermənistanda böyük çoxluq Nikol Paşinyanı sevməsə də ona alternativ adamlar kimi təqdim olunanlar ondan da dəhşətli ssenarilər ilə ortaya çıxacaqlar. Məhz bu baxımdan aksiyalar hakimiyyət dəyişikliyi ilə nəticələnməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB