“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” FOTOLAR
May ayının 10-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının və Biləsuvar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Millət vəkili Bəhruz Məhərrəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilat sədrləri, bir sıra idarə müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Biləsuvar şəhər mərkəzi parkındakı abidəsi önünə gül dəstələri qoyuldu.Tədbir Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfransla davam etdirildi.Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon icra hakimiyyətinin başcısı Faiq Qürbətov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs etdi. O, çıxışında bildirdi ki, Heydər Əliyevin dövlətimiz və cəmiyyətimiz qarşısındakı tarixi xidmətləri hər birimiz üçün örnək olmalı, Onun ideyaları bizim həyat amalımıza çevrilməlidir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ulu Öndər Heydər Əliyevlə olan görüşlərindən bəhs edərək, Ulu Öndərin Azərbaycanın xilaskarı olduğunu bildirdi. O, bu gün siyasi arenada olan şəxslərin mövqe sərgiləməsinin vacib olduğunu vurğuladı. Millət vəkili Bəhruz Məhərrəmov nitqini Ulu Öndərə xitabən:-“Yolunuz yolumuzdur” ifadəsi ilə yekunlaşdırdı.
Konfransda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndərin həyat yolu barədə nitq söylədi. O, tarixən müxtəlif ideologiyaların mövcud olduğu regionumuzda Ulu Öndərin Azərbaycançılıq ideologiyasının qalib ideologiya olduğunu bildirdi. Bütün dünya azərbaycanlılarının bu ideologiyanın ətrafında birləşdiklərini bildirdi. Ulu Öndərin sözün bütün mənalarında laiqli davamçısı olan Ali Baş Komandan, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin hələ bundan sonra da bir çox tarixi uğurlarla nəticələnəcəyini bildirdi.
Tədbirdə rayon ağsaqqallarından Akif Kazımov və Əjdər Niftiyev çıxış edərək Heydər Əliyev şəxsiyətinin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq, onun təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün örnək lider olduğunu vurğuladılar. Tədbirin yekununda bir qrup partiya fəallarına fəxri fərman, partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi. Uzun illər dövlət qulluğunda, pedaqoji sahədə və YAP Rayon təşkilatının aparatında çalışmış Əjdər Niftiyevə yubiley yaşı ilə əlaqədar olaraq hədiyyə təqdim edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB