Ermənistan hakimiyyətində hər an hər şey ola bilər - HƏRBİ EKSPERT AÇIQLADI
“Ermənistanda "Qarabağ kartı"ndan istifadə edib hakimiyyətə gələn Sarkisyan və Koçaryan terrorçudurlar, cinayətkardırlar, Xocalı soyqırımında əlləri günahsız azərbaycanlıların qanına bulaşmış canidirlər. Eyni zamanda onlar erməni xalqınının da düşmənləridir. Ermənistanı uzun müddət çətin vəziyyətə salıblar”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, bu canilər Ermənistanın çətin vəziyyətdən çıxmasına imkan vermirlər: “Ancaq şəxsi mənafelərini güdür və təkrar hakimiyyətə gəlmək istəyirlər. Ermənistan cəmiyyəti seçkidə onlara yox deyib. Buna görə də müxtəlif aksiyalar törədiblər. Bir neçə dəfə Qarabağ məsələsinin tam həll olunmasına yaxın bir dönəmlərdə Ermənistanda bu cür hadisələr törədiblər. Ya parlament güllə-boran edilib, ya Ermənistan küçələrində mitinqlər keçirilib. Onları xarici qüvvələr də dəstəkləyirlər. Ancaq bu dəfə vəziyyət fərqlidir. Ermənistan cəmiyyəti nağıllara inanmır. Müharibə istəmirlər və bilirlər ki, qarşılarında çox güclü Azərbaycan var. Onlar sülh üçün bunu istəmirlər. Sadəcə bilirlər ki, müharibə onların xeyrinə deyil, əksinə ziyanınadır. Ermənistanın vəziyyəti daha da ağırlaşır. Artıq Ermənistan başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmaldır. Ermənistan üçün bu bir şansdır. Ermənistan bunu dəyərləndirməsə Azərbaycan daha ağır cavab verəcək. Heç kim düşünməməlidir ki, kimlərsə onları müdafiə edəcək.
Ermənistan hakimiyyətində hər an hər şey ola bilər. Ermənistanda hərbi çevriliş də ola bilər, qan da tökülə bilər, vəziyyət daha da acınacaqlı ola bilər. Ermənistan cəmiyyəti də bu ikilidən bezib.
Paşinyan sərxoş halda Qarabağda deyirdi ki, Qarabağ Ermənistandır. Xankəndində deyib ki, Qarabağı Ermənistana birləşdirəcəyik. Amma Azərbaycan onlara layiqli cavabını verdi. Paşinyan müharibədən sonra məsələlərə real yanaşmağa başladı. Bilir ki, onu beynəlxalq birlik dəstəkləmir və Ermənistanda da heç kim döyüşmək istəmir. Ona görə də bu danışıqlarla razılaşmaq istəyir.
Ermənistan cəmiyyəti, oradakı siyasi qüvvələr ağıllarını başlarına yığmalıdır. Bilməlidirlər ki, bunun ağır nəticələri olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB