"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı və eyni zamanda, dövlətimizin hüquqi və siyasi sistemimizin banisi, böyük dövlət xadimidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, dahi şəxsiyyət haqqında nə qədər xoş söz desək azdır: "Heydər Əliyevin böyüklüyünü və Onun Azərbaycan xalqı qarşısında xidmətlərini ifadə etmək üçün leksikonumuzda söz tapmaq çox çətindir. Heydər Əliyev çox çətin bir dövrdə Azərbaycana ikinci dəfə hakimiyyətə gəldi. Bu illərdə Azərbaycan dövləti müstəqiliyini itirməsi, vətəndaş müharibəsi, xaos və etnik-separatçılıq dövrü idi. Belə bir vəziyyətdə ölkəmizin müstəqilliyini təmin etmək və milli çağırış kimi Azərbaycan xalqının qarşısında durmaq çətin idi. Məhz dövlətçilik təcrübəsinə arxalanaraq, xalqın ona olan etimadına inanaraq Heydər Əliyev tariximizin çətin və mürəkkəb zamanında çox mühüm qərarlar qəbul etdi. Azərbaycanda etnik və regional separatçılığın qarşısını alaraq, şaquli tabeçiliyə sahib olan milli uyğunluğu yaratmağı bacardı. Həmçinin Azərbaycanın milli gücünün ümumi maraqlar ətrafında səfərbər olması üçün cəmiyyətə birləşdirici universal dəyərlər sistemini təqdim etdi. Nəticə etibarilə bütün bunlar ölkəmizdə ictimai harmoniyanı təmin etməklə Azərbaycan xalqını ümummilli enerjisini dövlətimiz ətrafında birləşdirdi. Bunların hər biri çox mühüm və fenomenal bir hadisə idi. Bundan sonra şübhəsiz ki, ilk müstəqil Azərbaycanın konstitusiyası qəbul edildi. Bu, Heydər Əliyevin şah əsərlərindən biridir. Çünki milli konstitusiya hər şeydən öncə ölkənin daxili ictimai münasibətlərini və hüquqi-siyasi kontekstini təsdiqləyən mühüm sənəddir. Bu gün cəmiyyətimizi vahid edən birlik məhz o dövrdən yaranmağa başladı. Biz bu gün Heydər Əliyevin fəaliyyətindən söhbət açarkən görürük ki, o zaman atılan strateji addımlar olmasa idi, şübhəsiz ki, bu gün Azərbaycan qalib ola bilməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB