1990-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin fəlsəfi fikirlərini, fəaliyyətini diqqətlə izləyirəm. Onun sehrinə düşdüyüm ilk aforizmi “Yol- iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır” olmuşdur. Bu aforizm hələ sovetlər zamanında Şamaxı-İsmaillı yol ayrıcında vurulmuşdu.
Həzrəti Peyğəmbərimizi “dəyərli sözlər müsəlmanın itmiş malıdır, harda görsə gətürsün” - fikrini əsas tutaeaq prof.S.Xəlilovla ulu öndərin fəlsəfi fikirlərini toplayıb bir neçə kitab halında (“Müstəqillik yolu”, “Aforizmlər”) çap etdirmişik.
Heydər Əliyevin 80 illiyinə həsr etdiyim “Təhsilimiz dünən, bu gün və sabah” (Bakı,2003) kitabı təhsil problemlər ilə bağlı ulu öndərin fikirləri, kəlamları ilə zəngindir.
Heydər Əliyevin ömür tarixi hadisələrlə zəngindir. Bu hadisələri, xatirə və müşahidələrini bir yerə toplayıb ulu öndərin fəlsəfi portretini sözlərlərlə çəkmək istəsək, belə bir şəkil alınardı:
“Hər bir böyük şəxsiyyət gündə 10-larla siyasi, ictimai, iqtisadi, sosial hadisə və proseslərin içərisindən keçir.Bu bir ildə 3000, on ildə 30 000, ömür boyi təqribən 300 min proses və hadisə edər. Heydər Əliyev,ona görə ulu öndərdi ki, o, bu proseslərin hamısından obyekt kimi yox, subyekt kimi, idadə olunan yox, idarə edən tətəf kimi keçmişdi. Bu hadisələr bir yerə yığsaq görərik ki,bu bir insan ömrünə sığmaz. Heydər Əliyev zamana sığmayan dahidir”.
Ulu öndər Heydər Əliyevin 80 illiyinə həsr etdiyim kitabımda elm və təhsil hadisələrinin fərqli olduğunu belə ifadə etmişdim:
“Təhsil - biliklərin gənc nəslə ötürülməsidir. Elm- yeni biliklərin əldə edilməsidir. Elm - haqqın, gerçəkliyin axtarılması yolunda alim fəaliyyətidir. Bilik - tarixi təcrübə ilə təsdiqlənən elmi nəticələr toplumudur. Elmi nəticə kütləviləşəndə biliyə çevrilir. Elmdə yenilik əldə etmək asan, təhsildə yenilik etmək çətindir. Elmdə alim tədqiqatın subyektidir. Təhsildə təhsilalan hadisənin obyektidir. Elmdə nəticələr aylar və illər ərzində əldə edilə bilər. Bu səbəbdən də kvazielmi nəticələr çox vaxt hay-küy qaldırır (uçan boşqablar, otaq temperaturunda ifrat keçiricilik, nanoelektronika və b.k.), ancaq tez ifşa olunur. Təhsil müqəddəs sahədir, fundamental sosial institutdur, elm qeyri fundamental sahədir”.
Göründüyü kimi elm və təhsil bir birinin içində yaşasa belə çox müxtəlif hadisələrdir. Onları bir birindən fərqini görməyi bacarmaq lazımdır. Ulu öndərin təhsillə bağlı fikirləri haqqda çox məqalələr yazmışam, məruzələrlə çıxış etmişəm. Doğumunun
99-cu ilində onun elm haqqda düşüncələrini, dəyərli kəlamlarını oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Əvvala, qeyd edim ki, elmin cəmiyyətdə əhəmiyyətini dahi Nizami Gəmcəvi min illər öncə belə müəyyən etmişdi:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bu baxış bu gün də dəyişməz qalır. Bu gün də cəmiyyətimiz üçün elm aktualdır. Heydər Əliyevin irsində elmin strukturu, dövləti əhəmiyyəti ilə bağlı dəyərli fikirlər çoxdur:
XX əsrin əvvəlindən Azərbaycanda elmin inkişafı yeni vüsət alıbdır. Azərbaycanda elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk universitet yaranıbdır. Bu universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur.
Texnika, elm, texnologiya çox sürətlə inkişaf edir. Ona görə gərək biz də Azərbaycanda çalışaq ki, bu inkişafda öz yerimizi tapaq, sürəti yavaş-yavaş artıraq və qabaqda gedənlərin səviyyəsində olaq.
Bu kəlamlar Heydər Əliyevin elmə ciddi münasibəti aydın göstərir. Məlumdur ki, təhsildə nəticələri çoxlu insanlar (müəlimlər) tərəfindən əldə edilir, elmdə isə nəticələr alimlər (fərdlər) tərəfindən əldə edilir. Kütlə şer, musiqi yaza bilməz. Çünki, kütlə ideya sahibi deyil. Xalq ancaq mühit yaradaraq ya ideyanı yaşada bilər, ya da unuda bilər. Yaradıcılıq və ya ideya fərdə məxsusdur. Ömər Eldarovun əlindən çəkicin alıb kütləyə, topluma versən, Ömər Eldarovun etdiyini edə bilməzlər. Elm də belədir. Elmi məhsulu alimlər istehsal edə bilərlər. Elmin inkişafında kütlənin rolu az, kütlənin firavan yaşamasında elmin rolu çox böyükdür. Kiməsə fəxri adlar, diplomlar verməklə elmi inkişaf etdirmək olmaz. Elmi fərdlər -alimlər inkişaf etdirə bilər. Akademik Y.Xaritona görə, elm ordu deyil, alim sayını artırmaqla elmi inkişaf etdirmək olmaz.
Ulu öndər elmin rolunu belə qiymətləndirir:
Azərbaycan Milli Akademiyası respublikamızın dövlət müstəqilliyinə xidmət eləməlidir və Azərbaycan elminin inkişaf etməsində aparıcı rolunu oynamalıdır.
Zamanında böyük Nizami: “alimdir gözümdə ən ali insan” - demişdi. Dahi Heydər Əliyev də alimin cəmiyyətdə xüsusu yeri olduğunu göstərir:
Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünə məxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirləri tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar sırasında alimlər xüsusi yer tutur.
Süal olunur: alim kimdir?
Alim kamilliyin vitrinidir. Alim danışığından, davranışından, dürüstlüyündən, formasından, məzmunundan, dünya malına münasibətindən tanınır. Alim zamanı idarə edəndir. Zaman onu idarə etmir.
Günün tələblərindən çıxış etsək, alim kimdir sualın belə cavab vermək olar: özünü bütün gün elmə həsr edən adam - alimdir.
Ölkədə həqiqi alimlərin sayı, diplomlu alimlərin sayından təqribən üç dəfə azdır. Kvazi və ya psevdaalimlər həqiqi alimlərdən dəfələrlə çoxdur. Bu səbəbdəndə elmin idarəetmədə sükanlar həqiqi alimlərin yox, onların əlindədir. Bu qüsurla mübarizə aparmaq lazımdır. Ancaq belə olanda gənclər elmin dalınca gedər, təhsildə, elmdə keyfiyyət yüksələr, cəmiyyət kamilləşir. Elmi tutumlu məhsul istehsalı artar. Beyin axını da baş verməz. Xaricdə təhsil alan gənclər ölkəyə qayıdar. Bunun üçün alimə şərait yaradılmalı və əməyi düzgün dəyərləndirilməlidir.
Alim əməyini məmur əməyindən fərqləndirmək lazımdır. Məmur o kəsdir ki, iş günündə müəyyən müddət (təqribən 8 saat) işlədiyi müəsisədə çalışır. Alim o kəsdir ki, gün ərzində 24 saat elmlə məşğul olur. Yuxuda da, dənizdə ciməndə də, istirahət edəndə də elm haqqda düşünür. Alimlə məmurun fərqi nəzərə alınmayanda talantlı alimlər o ölkələrə gedirlər ki, orada onların əməyi düzgün qiymətləndirilir.
Alim və məmur əməyi arasında belə bir münasibət yaratmaq olar:
A = M ( 24/t )
Burada, A və M,uyğun olaraq alimin və məmurun əmək haqqını, t – isə saatla gündəlik iş müddətidir.
Əgər bir ölkədə məmur 1000 $ maaş alırsa, onda həmin ölkədə alum üç qat (24/8) çox, yəni 3000 $ maaş almalıdır. Belə olanda beyin axını baş verməz, xaricdə təhsil alan tələbələr vətənə dönər.
Cəmiyyətimiz alimə layiq olduğu qiyməti verə biliri?
Büdcədən elmə ayrılan vəsaitə baxsaq, suala mənfi cavab alarıq. Amma qiymətləndirməni düzgün və elmi aparsaq, hər birimizin aylıq maaşımızda alim əməyinin payı böyük olduğunu görərik.
Bu günlərdə AMEA sabiq prezidenti akad Akif Əlizadədən soruşdum: büdcədən elmə ayrılan vəsait ÜDM –un 1% qədər varmı? Dedi: yox,1% -in 0,2 qədəridir.
Cavabın belə olacağını təqribən bilirdim, çünki özüm də çoxlu sorğular aparmışdım. Soruşmuşdum ki, bizim aldığımız aylıq əmək haqqıda alim əməyi neçə % olar? Cavab elmin xeyrinə olmamışdı. Bu sahəyə baxan məmurlar ulu ondərin çox aydın və uzaqgörən məsləhətini nəzərə almalıdırlar:
Hansı iqtisadiyyat olursa -olsun, elm inkişaf etməlidir, ötən dövrdə Elmlər Akademiyasının çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir.
Cəmiyyətin gerizəkalılığı narahatçılıq doğrur. Dövlətin illik büdcəsini tərtib edənlər, büdcəni parlamentdə təsdiq edənlər aldığ aylıq əmək haqqında alimin, elmin töhvəsini görə bilmirlər. Ancaq üst qatı görürlər, alt qatı görə bilmirlər. Qeyd edim ki, hər kəsin aldığı əmək haqqında alim əməyinin payı 70% -dən (!) çoxdur. Bunu görmək üçün alt qata baxmaq lazımdır.
Əgər keçən əsrin 50 illərində, bizim neftçi alimlərimiz, Xəzərdə nefti kəşf etməsəydilər, “Neft daşları”-nı salınmasaydılar, 1994 –cü ildə ulu öndər “Əsrin müqaviləsi” bağlanmasaydı, Bakı- Tibilisi- Ceyhan kəməri ilə neft Qərbə daşınmasaydı, nazirlərimiz və ya parlament üzvüləri, üzüm-pambıq ticarət ilə yeksək maaşı təmin edə bilərdimi, bizi əmək haqqı və təqaüdlə təmin edə bilərdilərmi?
Görünəni görüb alovlu çıxış edənlərə yox, dərin qatlarda görünməyənləri görənlərə arxalanmaq lazımdır. İndi özünüzə sual verin, ulu öndər Heydər Əliyev niyə Xoşbəxt Yusifzadəni (və onun kimiləri) çox istəyirdi? Alimə hörmət etmək lazımdır, onların əməyi düz qiymətləndirmək lazımdır. Elmin, alimin bər-bəzəyə ehtiyacı yoxdur.
Bir az da dərin qatlara nəzər salaq. Qarabaq probleminin həllində alim əməyinin rolu varmı?
Əlbəttə, var. Azərbaycan Ordusu dünyanın güclü ordularından biridir. Əgər neft Bakı- Tibilisi- Ceyhan kəməri ilə Qərbə axmasaydı müasir silahları almaq olmazdı. Belə silahlar olmasaydı 44 günə Şanlı Qələbəni qazanmaq olardımı?
“Bayraktar” kimi PUA-lar da elmi məhsuldur, alim əməyinin nəticəsidir. Keçmişə nəzər salaq. Ulu babalarımız at belində Altaydan Şərqi Avropaya kimi getdilər və torpağın potensialından uğurla istifadə etdilər. Suyun potensialından gəmilər vasitəsi ilə istifadə edərək Konistantinopolu götürdülər. Kosmosun potensialından istifadə etmək üçün nə at, nə də gəmi yaramaz. Atla, gəmi ilə kosmosa getmək olmaz. Ora elmlə getmək olar. Burada alim əməyi lazımdır. Alim əməyi PUA-ları yaratdı və bizi bəşəri proseslərin subyektinə çevirdı.
Burada başqa bir incə məqam da var. Beləki, AR Prezidenti İlham Əliyev ulu öndərin ideyalarına sadiqliyini belə ifadə edir:
Həyat yerində durmur, qarşımıza yeni tələblər qoyur. Amma prinsipal istiqamət, ideoloji istiqamət dəyişməz qalır. Bu Heydər Əliyevin fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır. Biz hamımız ona sadiqik.
Heydər Əliyev irsini yaxşı mənimsəyəndə hər bir problemi həll etmək asan olar.
44 günlük QƏLƏBƏ 44 günə sığmır. Heç 444 günə də sığmaz. Bu sirli bir qələdədir. Bu sirli ancaq Ali Baş Komandan İlham Əliyev bilir. Ona görə demişdi: "Nəyi nə vaxt etməyi hamıdan yaxşı mən bilirəm".
Azərbaycanın dünyada tutduğu bu günkü geosiyasi yerini bilmək üçün son 100 ildə hardan hara gəldiyimizə diqqət yetirək. Yüz il öncə ölkəmiz zəif, təhsilsiz, elmsiz aqrar bir ölkə idi. Bölgədə gedən proseslərin obyekti idi. Bu gün Azərbaycan regionda gedən proseslərin subyektidir. İnanıram ki, qarşıdakı bir ildə ölkəmiz dünya miqyası proseslərin də subyekti olacaqdır. Bu günə min şükür. İlk işarələr var. Ukrayna Prezidenti V.Zelenski böyük məmunluqla Azərbaycan və Türkiyənin Rusiya-Ukrayna sülh damışıqlarına töhvə verəcəyinə inanır. Dahilər ölmürlər, dünyasını dəyişirlər. Allah ulu ondərə rəhmət eləsin.
Prof. Şahlar Əsgərov
əməkdar elm xadimi,
YAP veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə