Lavrov Makron və Starmerin ABŞ-a tələblərini açıqlayıb...

...Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ-ı anti-Rusiya hərəkətlərini gücləndirməyə fəal şəkildə çağırırlar.

SİA xəbər verir ki, TASS agentliyinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

...Makron, Starmer və von der Leyen israrla ABŞ-dan Rusiyaya qarşı sanksiya təzyiqini artırmağı tələb edirlər, -deyə diplomat qeyd edib.

Nazirin sözlərinə görə, bu, onların dialoqa girə bilməmələrini və böhrana görə məsuliyyəti dəyişdirmək istəklərini ortaya qoyur.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bəyan edib ki, Ukrayna ilə nizamlanma prosesində bundan sonra müvəqqəti atəşkəs olmayacaq.

Çərşənbə axşamı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun (SPILF) plenar iclası zamanı beynəlxalq diplomatiyanın müasir üsullarını ironiya ilə şərh edib. ...Keçmişdə monarxlar bir-birlərinə məktublar yazır, problemləri qohumluq əlaqələri vasitəsilə həll edirdilər. İndi kimə yazmalıyam? Makrona? Starmerə? Bu, tamamilə səmərəsizdir.

Bunu Medvedev deyib.

O, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın çıxışına belə cavab verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə