Qafqazdakı məsələləri region ölkələri, onların qonşuları həll etməlidir...
Rusiya Qafqazda üçüncü ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinin əleyhinə deyil. Ancaq bu əməkdaşlıq regionda gərginlik yaratmağa yönəlməməlidir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Biz əminik ki, burada yaranan məsələləri, ilk növbədə, regionda yerləşən ölkələr və onların ən yaxın qonşuları həll etməlidir. Bizim qeyri-regional dövlətlərə, hazırkı dünya praktikasında nəzərdə tutulduğu kimi, onların burada yerləşən ölkələrlə əlaqələrini inkişaf etdirməsinə qarşı heç bir fikirimiz yoxdur. Bizim mövqeyimiz heç bir gizli gündəm olmadan bunu vicdanla etməyə hazır olan hər kəslə əməkdaşlığa açıq olmaqdır”, - deyə Lavrov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə