Merz deyir ki, Ukraynada münaqişə tezliklə bitməyəcək

...Ukrayna münaqişəsinin tezliklə həll olunacağına dair heç bir əlamət yoxdur.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Bundan əvvəl Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmermann kansler Fridrix Mersi uzun mənzilli “Taurus” raketlərini Ukraynaya təhvil verməyə və sələfi Olaf Şolsun təmin edə bilmədiyi rəhbərliyi öz üzərinə götürməyə çağırıb.

Həmçinin bildirilib ki, Merz İtaliyanın baş naziri Giorgia Meloni ilə birlikdə ABŞ prezidenti Donald Trampla söhbəti zamanı Avropa ölkələrinin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirakına təkid edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə