Məşhur filmin yayım tarixi bəlli oldu

"Sihirli Annem Hepimiz Biriz" filmi 30 mayda tamaşaçısı ilə görüşəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən axşam filmin komandası mətbuat konfransı təşkil edib. Filmin baş rol ifaçısı İnci Türkay, "Bu filmdə sevgini, dostluğu, bərabərliyi, birlikdə olmağı, müsbətliyi və xoşbəxtliyi anlatırıq. Çox macəra dolu, maraqlı bir film oldu" deyə çıxışında bildirib. Türkay, 2022-ci ildə vəfat edən "Sihirli Annem" serialının senaristi Qamze Özeri yad edərək, filmin onun vasiyyəti olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə