Sankt-Peterburqda kamuflyaj geyimli şəxs “Qazel” markalı mikroavtobusu pivə ilə oğurlayaraq aşırıb.
SİA xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
Həmin şəxs mağazanın yaxınlığındakı dayanacaqda avtomobilin kabinəsinə minərək qaçmağa çalışıb.
Lakin Piskarevski prospektində dönməni edə bilməyib və işıqfora dəyib aşıb.
Bundan sonra həmin şəxs maşından düşüb, bir şüşə pivə götürüb və əşyalarını “Qazel”ə qoyaraq naməlum istiqamətə qaçıb.
...Bundan əvvəl Omskda bir nəfərin quldurlar tərəfindən təqib edildiyinə inandığı və qadını girov götürdüyü bildirilmişdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə