““Qəbələ” komandası bu il birinci liqanın qalibi oldu”. Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.
O bildirib ki, sevindirici haldır ki, “Qəbələ” komandası ötən il aşağı dəstəyə düşəndən sonra ruhdan düşmədilər: “Komandanın rəhbər şəxsləri komandanı yenidən toparlayıb, Premyer Liqaya çıxmasında bilavasitə rol oynadılar. Komandanın yenidən Premyer Liqaya qayıtmağı çox sevindirici haldır, komanda çempionluğumuza yeni rəng qatıb. Eyni zamanda komandanın gözəl infrastrukturu var. Hər il komandanın akademiyasından futbolçular yetişir. Bu cür akademiyası olan klubun yeni müvəffəqiyyətlər əldə etməsi onların gücüdür. Onlara gələcək Premyer Liqada çıxışına görə uğurlar arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə