YAP Qaradağ rayon təşkilatı Ulu Öndərin doğum günü ilə bağlı tədbir keçirib - FOTOLAR

YAP Qaradağ rayon təşkilatı Ulu Öndərin doğum günü ilə bağlı tədbir keçirib - FOTOLAR

2022-ci il may ayının 5-də Qaradağ rayon Qobustan qəsəbəsində Dövlət Neft Şirkətinin Təlim-tədris Mərkəzi və YAP Qaradağ rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə geniş tədbir keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qobustan regional təlim mərkəzinin (QRTM) müdiri Nəzakət Məmmədova tədbiri giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarını diqqətə çatdırıb, ölkəmizdə təhsilin inkişafında Ulu öndərin misilsiz xidmətlərindən bəhs edib.

Daha sonra Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edib və müasir, müstəqil və Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsini şərtləndirən amillərdən danışıb. O bildirib ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev xalq və dövlətçilik naminə gördüyü böyük işlərdən sonra çağdaş tariximizdə adını əbədiləşdirmişdir. O respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlət idarəetmə nümunəsi göstərmişdir. Ulu öndər daim Azərbaycanın müstəqilliyinin dönməz xarakter almasını,ərazi bütövlüyünün təmin olunmasını, xalqımızın rifahını düşünərək bu ali amallar uğrunda yorulmaz fəaliyyət göstərmiş, qəlblərdə dərin sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

QRTM-in Qaz avadanlıqlarının istismarı və təmirçi çilingər qrupunun şagirdi Fidan Musayeva çıxışında Heydər Əliyevin Vətən sevgisinin, ölkəmiz qarşısındakı xidmətlərinin müasir gənclər üçün də örnək olduğunu qeyd edib.

Tədbirdə Qobustan regional təlim mərkəzində təhsil alan şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə