Prezidentin xüsusi nümayəndəlik institutu yeni idarəetmə formasıdır - POLİTOLOQ BİLDİRDİ

Prezidentin xüsusi nümayəndəlik institutu yeni idarəetmə formasıdır - POLİTOLOQ BİLDİRDİ

"Möhtərəm cənab Prezident İlham Əliyev may ayının 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngəzur rayonuna xüsusi nümayəndə Vahid Hacıyevi onlayn formatda qəbul edib və ona öz mühüm tövsiyyələrini verib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndəlik institutu yeni yaranan idarəetmə formasıdır: "Ənəvi yerli icra hakimiyyətlərindən fərqli olaraq burada dövlətin ən innovativ kadr potensialının yer aldığı yanaşma tətbiq olunub. Onlarda da böyük gözləntilər var. Müasir dünya görüşü və müasir standartlara, eləcə də çağırışlara cavab verən şəxslər bu vəzifələrə təyinat alırlar. Buna qədər ölkə başçısı həm Şuşa rayonuna, həm də Şuşa rayonu istisna olmaqla Qarabağ iqtisadi rayonuna öz xüsusi nümayəndəsini təyin etmişdir və hazırki təyinat Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir. Bilirsiniz ki, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır və hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı proses həyata keçirilir. Bu Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə bəyanata uyğun bir prosesdir. Eləcə də Avropa İttifaqı regionda həyata keçirilən təşəbbüsləri dəstəkləyir və bu xüsusda Brüssel sülh gündəliyi də icra olunur. Eyni zamanda Zəngilan rayonu ərazisindən də nəqliyyat və iqtisadi kommunikasiya xətləri keçəcəkdir. Avtomobil və dəmiryolu ilə yanaşı həm də elektrik nəqli nəzərdə tutulur. Gələcəkdə bu ərazi üzrə qaz nəqli də həyata keçirilə bilər. Bir sözlə regionun böyük iqtisadi perspektivləri vardır və eyni zamanda Zəngilan rayonu ərazisində layihələr icra olunur. Ağıllı şəhər və ağıllı kəndlər yeni konsepsiyadır. Bu konsepsiyaya uyğun olaraq bizim keçmiş məcburi köçkünlər təhlüləsiz və sağlam şəraitdə sağlam müasir infrastruktur şəraiti ilə əhatə olunaraq burada yerləşdiriləcəklər. Eyni zamanda regionun iqtisadi və turizm potensialı da çox genişdir. Düşünürəm ki, yeni xüsusi nümayəndə bu məsuliyyəti dərk edərək çox ciddi nailliyyətlərin əldə olunmasına çalışacaqdır. Ümumiyyətlə bu təyinatlar müasir Azərbaycan idarəçilik fəlsəfəsindən irəli gələrək atılan addımların bir göstəricisidir. Eyni zamanda bu təyinatlar nəticəsində dövlətimizin idarəçilik modeli də yeniləşir və daha da inkişaf edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə