“Cənab Prezidentin sosial-iqtisadi siyasətində insanlara qarşı diqqət, məhəbbət və dəqiqlik həmişə mövcud olub. Həmçinin, Birinci vitse-prezident müharibə iştirakçılarının, şəhid və qazilərin hər zaman yanında olub. Bu siyasət şaxələnərək davam edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, insanlar üçün ilbəil daha yaxşı şərait yaradılır: “Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksi də buna ən bariz nümunədir”.
Deputat sözlərinə belə davam edib: “Dünyada az ölkə olar ki, dövlət başçısı insanlarla bu qədər maraqlansın və onların qayğısına qalsın. Mən deyərdim ki, Azərbaycan bu ölkələr sırasında birinci yerdədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB