"Sülh gündəliyinin həyata keçirilməsindən imtina..." - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı konfransda xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin etdiyi çıxış və dünyanın beyin mərkəzləri nümayəndələrinin suallarına verdiyi cavablarda toxunduğu məqamlar Azərbaycanın postmüharibə dövrünə baxışını, planlarının bölgəyə və dünyaya məhz ölkənin birinci şəxsi tərəfindən birbaşa çatdırılması baxımından önəmli hadisə kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tədbir zamanı regionda sülh gündəliyinin yaradılması ilə bağlı məsələni xüsusi vurğulayaraq qeyd etdi ki, sülh gündəliyi Ermənistanla münasibətlərin normallaşdırılması baxımından olduqca önəmlidir: “Prezident belə bir gündəliyin formalaşdırılmasının təkcə Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, bütün Cənubi Qafqaz regionunu əhatə etməsi baxımından da daşıdığı önəmi diqqətə çatdırdı. Azərbaycanın təklif etdiyi sülh gündəliyi, təşəbbüslər bölgədə əməkdaşlıq və inkişaf üçün yeni imkanların reallaşdırılmasını nəzərdə tutur. Artıq Ermənistan hökumətinin də sülh gündəliyini elan etməsini və müvafiq bəyanatlar verməsini Prezident İlham Əliyev olduqca müsbət addımlar kimi dəyərləndirdi. Sülh gündəliyinin yaradılması və həyata keçirilməsi ilə iqtisadi inkişaf arasındakı üzvi əlaqə haqqında danışan Prezident İlham Əliyev qeyd etdi ki, biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.
Prezident İlham Əliyev sülh gündəliyinin bu aspektinə konfrans iştirakçılarının diqqətini çəkərək bildirdi ki, strateji gələcəyimiz naminə, sülh naminə insanlarımızı inandırmalıyıq. Bu gün Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması sülh gündəliyinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu da diqqətə çatdırıldı ki, Cənubi Qafqazda sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın da inkişafı üçün zəruridir. Çünki bu, Ermənistanı silahlanmaya sərf etdiyi vəsaitləri ölkənin düşdüyü bataqlıqdan çıxmasına sərf etməyə, tam regional inkişafdan faydalanmağa kömək edə bilər. Sülh gündəliyinin həyata keçirilməsindən imtina isə Ermənistanın düşdüyü bataqlıqdan xilas olmasını mümkünsüz edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB