Ermənistan diversiya-təxribat əməllərini davam etdirir - HƏRBİ EKSPERT AÇIQLADI
"Hələ 2020-ci il 10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistan tərəfi davamlı olaraq bu ərazilərdə diversiya-təxribat işləri həyata keçirirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, bunların qarşısı dəfələrlə alınıb: "Bu səbəbdən Azərbaycan ordusu şəhidlər verib. Bu baxımdan Ermənistanın bu cür təxribatlarının yaxın zamanlarda bitəcəyini düşünmək sadəlövhlük olardı. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiyaya dair komissiya yaradıldı. Bu komissiyanın yaradılması ərəfəsində belə bir hadisənin baş verməsi münasibətlərin yenidən korlanmasına təyinatlanıb. Hesab edirəm ki, burada bəzi kənar qüvvələrin rolu var. Yəni həm Qərb, həm Rusiya, həm də elə Ermənistanın öz rəhbərliyi vəziyyətin belə gərgin qalmasında maraqlıdır. Bu da Azərbaycanın tez bir zamanda sülh müqaviləsinə imza atmamasına təhrik məqsədi daşıyır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB