Zəfər Qurultayı diaspor nümayəndələri üçün fəaliyyət proqramı oldu ŞƏRH

Zəfər Qurultayı diaspor nümayəndələri üçün fəaliyyət proqramı oldu ŞƏRH

Dünya Azərbaycanlılarının vahid bir amal ətrafında birləşməsi fəlsəfəsinin əsasını Ulu öndərimiz Heydər Əliyev hələ Naxçıvanda olarkən 1991-ci ildə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis etməsi ilə qoymuşdur. Lakin Sovetlər Birliyinin dağılması ilə eyni vaxtda start götürən erməni təcavüzü torpaqlarımızın işgal edilməsinə gətirib çıxardı və mövcud vəziyyət bu idealoji missiyanın sonadək yerinə yetirilməsinə imkan vermədi.

Məhz 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında bir daha rəsmən gündəliyə gətirilən və Ulu öndər Heydər Əliyevin dilindən səslənən Azərbaycançılıq idealogiyası sayı milyonlarla ölçülən diasporamızın vahid ideya, vahid amal və məqsəd uğrunda birləşməsinə, təşkilatlanmasına, həmçinin, dövlət diaspor münasibətlərinin qurulmasına vəsilə oldu. Eləcə də diaspor fəaliyyətində ilkin hədəfləri müəyyənləşdirdi. 2002-ci ildə xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət komitəsi, indiki Diasporla iş üzrə dövlət komitəsi yaradıldı. Elə həmin il xaricdə yaşayan azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında qanun qəbul edildi. Ulu öndərimiz Heydər Əliyev xarici ölkələrə hər səfərində Diaspor nümayəndələri ilə görüşərək onlarla ideoloji iş apardı və diaspor quruculuğunda güclü və konseptual bazanın əsası qoyuldu.

2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. I Qurultay diaspor quruculuğunda, dünya Azərbaycanlılarınn təşkilatlanması istiqamətində atılan ilk addım idisə, prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən II Qurultay həm soydaşlarımızın beş illik fəaliyyət proqramının hesabatı, həm yürüdülən dövlət diaspor siyasətinin real nəticələrinin təhlili həm də yeni hədəflərin müəyyən olunması baxımından önəmli idi. Başlıca hədəf diaspor quruculugu işini daha da təkmilləşdirmək və lobbi quruculuguna start vermək.Bu məqsədlə 2007-ci ildə Azərbaycan və Türk diaspor rəhbərlərinin I forumu keçirilir, 2008 ci ildə Dünya Azərbaycanlılarının həmrəylik xartiyası qəbul edilir. Diaspor və Lobbi quruculuğu prosesi yeni mərhələyə kecir və ən əsası idealoji işdə diasporculuq işində məhs cənab İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyasının əsası qoyulur.Hansı ki, bu diplomatiya sonrakı illərdə də, o cümlədən Dünya Azərbaycanlılarının 2011-ci il 5-6 iyul tarixlərində keçirilən III və 2016- cı il 3-4 iyun tarixində təşkil olunan IV Qurultayında da əsas siyasi və idealoji xətt kimi götürülmüşdür.

Hər qurultayda Azərbaycan Diasporunun qarşısına qoyulan əsas idealoji xətt, başlıca fəaliyyət planı Ermənistan Azərbaycan münaqişəsinin həll olunması, işgal edilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi idi.

Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi zəfər əldə edərək Ermənistan Azərbaycan münaqişəsinə son qoydu, işgal altında olan torpaqlarımızı azad etdi.

22 aprel 2022- ci ildə dövlət başçımız cənab İlham Əliyevin iştirakı ilə işgaldan azad edilmiş doğma Şuşamızda Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. 65 ölkədən 400 -ə yaxın azərbaycanlı 270 illiyini qeyd edən, bütün Türk dünyasının Mədəniyyət beşiyi, Həmrəylik paytaxtımız olan Şuşada bir araya gəldi.

Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, “Bu Qurultayın adi zəfər qurultayıdır”. Dövlətimizin başçısı Qurultayda ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsini xahiş etdi. Bu məqam bir daha onu nümayiş etdirir ki, prezidentimiz şəhidlərimizə, şəhid ailələrinə cox böyük dəyər verir. Daha sonra cənab İlham Əliyev torpaqlarımızın azad edilməsindən, bu taleyüklü məsələdə dövlətin, xalqın, ordunun, eyni zamanda, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların həmrəyliyindən, hədəfə nail olmaq üçün görülən işlərdən bəhs etdi. Dövlətimizin başçısı vurğuladı ki, bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımızdır və onlar tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən vətənpərvər gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Cənab Prezident Qurultayda bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, dövlətimiz isə qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan xalqı öz torpaqlarındadır və bu torpaqda möhkəm dayanıb, heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz. Azərbaycan xalqı böyük xalqdır və müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər fərari olmadı. Çünki xalqımız öz torpaqlarını düşmən tapdağından azad etmək istəyirdi və xalqımızın qələbəyə olan inamı, möhkəm əsaslı xalq-iqtidar birliyi, bütün dünya azərbaycanlılarının həmrəyliyi qələbəmizi təmin edən əsas amillərdəndir.

Dövlətimizin başçısı V Qurultayda milyonlarla soydaşımıza həm də bir mühüm mesajı verdi. Müasir dünyanın qlobal tələblərinə çevik uyğunlaşma mesajı. Bu gün Azərbaycan diasporunun gücü soydaşlarımızın yaşadıqları ölkələrdə sayca çox olması, yaxud sadəcə işçi statusunda olması ilə deyil, həm də o ölkənin siyasi, sosial və mədəni həyatında yaxından, aktiv iştirak etməsi ilə ölçülür. Azərbaycan diasporu buna çalışmalı, bu misiyanı rəhbər tutmalı və bu istiqamətdə öz fəaliyyətini qurmalıdır.

Beləliklə, Dövlət başçımız Qurultayda çıxış edərək olduqca əhəmiyyətli məqamlara toxundu və mühüm mesajlar verdi. Prezidentimiz vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs etdi və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılması faktının vacib olduğunu izzah etdi. Cənab İlham Əliyev çıxışında səsləndirdiyi fikirlər yeni dövrdə diaspor nümayəndələri üçün fəaliyyət proqramı oldu.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə