Təxribat-diversiya qruplarının fəaliyyəti hər zaman gözləniləndir - POLİTOLOQ AÇIQLADI
“Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanana qədər və sülh danışıqları tam şəkildə aparılana qədər Ermənistan tərəfinin təxribatlar törətməyi gözlənilən haldır”. Bu fikirləri SİA-ya açqılamasında politoloq Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması hansı dövlətə, təşkilata sərf etmirsə, onların buradakı mövqeyinə zərbə vurursa, onların nüfuzunu aşağı salırsa elə həmin dövlətlər də bu təxribatçı əməlləri davam etdirəcəklər: “Rusiyadakı bəzi dairələri buna misal çəkmək olur. Çünki 6 aprel tarixində keçirilən Bresseldəki görüşdən sonra bir sıra məsələlərin həll olunması onlarda ciddi narazılığa səbəb olub. Onlar düşünürlər ki, əgər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa və tərəflər sülh prosesini məsələsini davam etdirirərsə Cənubi Qafqazda yeni bir reallığın yaranmasına gətirib çıxara bilər. Bu da sərhəddə rus sülhməramlılarının fəaliyyətinə ehtiyac olmadığını göstərir. Buna görə də bu təxribatlar davam etdirilir ki, tərəflər arasında sülh müqaviləsi imzalanmasın. İstəyirlər ki, daimi gərginlik və münaqişə davam etsin. Ona görə də bu cür təxribat-diversiya qruplarının fəaliyyəti hər zaman gözləniləndir. Düşünürəm ki, bundan sonra da davam edəcək. O vaxta qədər ki, tərəflər arasında sülh müqaviləsi imzalansın. Hətta düşünürəm ki, təxribat-diversiya qrupları sülh müqaviləsinin imzalanmasından sonra da davam edəcək. Çünki Ermənistan daxilində bəzi qüvvələr var ki, onlar Paşinyana və onun hakimiyyətinə qarşıdırlar və bu sülhü istəmirlər. Paşinyan ölkə daxilində olan rusmeyilli qüvvələri təmizləyərsə bu təxribatlar minumuma endirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB