Hər bir azərbaycanlının ürəyi bu Zəfərlə döyünür - DEPUTAT AÇIQLADI

Hər bir azərbaycanlının ürəyi bu Zəfərlə döyünür - DEPUTAT AÇIQLADI

"Şuşada keçirilən Qurultay Zəfər Qurultayıdır. Bu Qurultayda çıxış edən ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının birliyindən, yaşadığı yerdən asılı olmayaraq hər bir Azərbaycanlının ürəyinin bu zəfərlə döyündünü vurğulamışdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı bütün dünyaya öz birliyini nümayiş etdirdi: "Baxmayaraq ki, beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan münaqişəsini həll edə bilmədi. Amma Azərbaycan xalqı öz iradəsini, gücünü nümayiş etdirdi və torpaqlarını 44 günlük müharibə zamanı işğaldan azad etdi. Azərbaycan mədəniyyəti, Azərbaycan dili hər bir azərbaycanlını birləşdirən amildir. Məhz bu dəyərlər üzərində bizim xalqımızın birlik olmuşdur. Eyni zamanda hər bir azərnaycanlı yaşadığı ölkələrdə sosial, siyasi həyatda rol oynayaraq Azərbaycan dövlətini müdafiə edə bilər. Düşünürəm ki, bu istiqamətdə hələ çox işlər görülməlidir. Biz döyüş meydanında qalib gəldik, lakin Azəbaycana qarşı təxribatlar davam edir. Onun üçün bizim birliyimiz daha da güclənmğlidir və Azərbaycan qarşısında duran bütüb problemləri məhz xalqın birliyi ilə, azərbaycablıların iradəsi ilə həll edəcək. Düşünürəm ki, bunun üçün bizim yetərincə gücümüz var”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə