“Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi çox böyük tarixi, siyasi əhəmiyyəti var. Birinci növbədə qeyd etməliyik ki, uzun illər idi ki, təkcə Azərbaycan vətəndaşları yox, dünyanın istənilən guşəsində yaşayan azərbaycanlılar Şuşanı, torpaqlarımızı görmək istəyirdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, qurultayın orada keçirilməsi onu göstərdi ki, bəli, Azərbaycan öz torpaqlarını işğalçılardan azad edərək, suverənliyini bərpa etdi: “Hər birimizə də məlumdur ki, dünyanın 65 ölkəsindən orada 400-ə qədər nümayəndə iştirak edib. Təmsil olunan ölkənin kütləvi informasiya vasitələri bu ölkə ilə maraqlanacaq. Eyni zamanda Azərbaycanın investisiya imkanları da burada artır. Diaspor təşkilatları öz ölkələrində ölkəmizi təbliğ edir. Qarabağın böyük iqtisadi potensialı var. Bu potensialın çərçivəsində investisiya mühitini də çox münbit hesab etmək olar. Ona görə də həm siyasi mənası ondan ibarətdir ki, Azərbaycan öz sözünü dedi, öz siyasi nüfuzunu artırdı. Bunların ardıcılı olaraq Şuşada böyük bir qurultay keçirildi və bu tarixə düşdü. Bu investisiya cəlb olunması baxımından təbliğ, təşviq formasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB