Prezidentin nitqi hər bir azərbaycanlı üçün bir yol xəritəsidir - MÜNASİBƏT BİLDİRİLDİ
"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox əlamətdar və əhəmiyyətli bir hadisədir. Bu qurultay birinci quruldaydan etibarən Ulu Öndər Heydər Əliyevin böyük təşəbbüsü ilə keçirilmişdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, bu qurultay Dünya Azərbaycanlılarının harada yaşamağından asılı olmayaraq onların birliyini, həmrəyliyini nümayiş etdirir: " V qurultayın digər qurultaylardan fərqli cəhəti odur ki, bu qurultay mənəviyyat, mədəniyyət beşiyimiz olan Şuşamızda, 30 ildən artıq işğal altında qalan və sonradan azad edilən Qarabağımızda keçirilir. Bu gün bütün dünyanın gözü, diqqəti Azərbaycandadır, Şuşadadır. Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağızımla, Şuşamızla döyünür. Bu qurultayda dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın nümayəndələrinin iştirak etməsi, qurultayda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi nitq və bu nitqdə toxunduğu məqamların hamısı hər bir azərbaycanlı üçün bir yol xəritəsidir, strateji tezislər planıdır. Biz hər birimiz ölkə başçısı İlham Əliyevin çıxışında həm bölgəyə, həm də dünyaya verdiyi mesajların şahidi olduq. Dünya bir daha anladı ki, Azərbaycanın hər bir vətəndaşı həmrəkdir, dövlətinin, prezidentinin yanındadır. Həmçinin cənab Prezident də hər zaman xalqının yanındadır, dəmir yumruğu ilə, dəmir iradəsi ilə torpaqlarının hər bir qarışı, hər bir vətəndaşı üçün mübarizəyə daim hazırdır.
Bu gün Qarabağda, Şuşada gedən böyük quruculuq işləri əlbəttə ki, bu bölgənin əhəmiyyətini getdikcə artırır və qurultayda da qeyd edildiyi kimi bu ərazilər dünyanın maraq obyektlərindən birinə çevirilib. Həm siyasi, həm diplomatik, həm də iqtisadi quruculuq baxımından dünya ölkələrinin, dünya şirkətlərinin ölkəyə marağı artır. Azərbaycandakı sabitlik, əmin-amanlıq, Azərbaycanın nüfuzu gücü, tolerantlığı bütün dillərə, dinlərə açıq olması siyasətindən irəli gəlir. Biz fəxr edirik ki, bu qurultay Şuşada qeyd edilir. Bu gün Şuşa bütün dünyaya öz vətəndaşları, soydaşları ilə birlikdə qapı açır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB