G20 sammitində hansı məsələlər müzakirə olunacaq? - POLİTOLOQ AÇIQLADI
“G20, başqa sözlə desək Böyük İyirmilik adlanan qurum qeyri-rəsmi bir qurumdur. Buna görə də orada hər hansı icbari qərarlar qəbul edilmir. Lakin bununla belə qurum öz fəaliyyəti ilə inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə bağlamaqla dünya iqtisadiyyatına əvəzsiz töhfə verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, G20 1990-cı illərdə dünyanı bürüyən maliyyə böhranına cavab olaraq yaradılıb: “Bu həmin vaxtlar idi ki, sənayecə inkişaf etmiş ölkələr dünyanın inkişaf etməkdə olan ölkələrinin qlobal iqtisadiyyat məsələlərinin müzakirəsində iştirakının çox cüzi olduğunu başa düşdülər. Bu məqsədlə G20-dən əvvəl G7 qrupu yaradılmışdı. 1998-ci ildə isə Vaşinqtonda, hətta G20-nin görüşü oldu. Bu görüşdən məqsəd, necə deyərlər, qeyri G7 ölkələrini qlobal maliyyə-iqtisadi problemlərinin həllinə cəlb etmək məqsədi güdürdü. Sonralar G22, hətta G33 qruplarının məsləhətləşmələri bu üsulun qlobal problemləri həll etməkdə faydasını göstərdi. G20 formatında mütəmadi forumların keçirilməsi isə 1999-cu ildən etibarən həyata keçirilir. Böyük iyirmilik 19 ölkənin maliyyə nazirlərinin və mərkəzi bank direktorlarının məşvərət orqanıdır. Bu orqana Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı daxildir. Bu ölkələr dünya sənayesinin 80 faizini, ümummilli məhsulun 85 faizini, dünya ticarətinin 75 faizini və dünya əhalisinin isə 66 faizini təmsil edirlər. Qlobal maliyyə problemlərini qlobal maliyyə təsisatlarının iştirakı olmadan müzakirə etmək qeyri-mümkün olduğundan forumlarda bir qayda olaraq, Beynəlxalq Valyuta Fondunun rəhbəri, habelə Dünya Bankının başçısı da iştirak edirlər. Tarixçəsinin qısalığına baxmayaraq, G20 indiyədək qlobal miqyasda bir çox mühüm uğurlar qazanıb. Maliyyə sistemində pozuntuların, terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması kimi sahələri misal gətirmək olar.
Qısa olaraq ifadə etsək G20, qlobal iqtisadiyyat problemlərin müzakirə olunduğu və problemlərdən çıxış yollarının axtarıldığı bir qurumdur. Yuxarıda da qeyd etdiyim kimi Rusiya da G20nin üzvlərindəndir və növbəti Sammitə də məhz bu baxımdan dəvət olunub. “G20”yə bu il sədrlik edən İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravatinin bildirdiyinə görə Vladimir Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşünə dəvəti çoxdan həyata keçirilib, çünki üzv dəvətlərə dəvətlər əvvəlcədən göndərilir.
Samitin hələ payızda keçiriləcəyini nəzərə alaraq deyə bilərik ki, Rusiyanın həmin samitdə mütləq şəkildə iştirak edəcəyi sual altındadır. Çünki G20 daxil olan bəzi dövlətlər Rusiyanın iştirakını məqbul hesab etmədiklərini və Putinin iştirakının arzuolunmaz olduğunu bəyan edə bilərlər. Amma Rusiyanın iştirak edib etməyəcəyindən asılı olmayaraq Samitdə Rusiyanın Ukraynaya təcavüzü fonunda tətbiq edilən sanksiyalar səbəbilə dünya iqtisadiyyatındakı vəziyyət mütləq şəkildə müzakirə olunacaq və təbii olaraq tövsiyyə xarakterli qərərlar qəbul olunacaq. Heç şübhəsiz ki, müzakirə olunacaq məsələlərdən biri də Rusiyanın dünya iqtisadiyyatındakı payının neçə kompensasiya edilə biləcəyi ilə bağlı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB