Ermənilərin bu ənənəsi hələ də davam etməkdədir - POLİTOLOQ AÇIQLADI

Ermənilərin bu ənənəsi hələ də davam etməkdədir - POLİTOLOQ AÇIQLADI

"Təəssüflər olsun ki, ermənilərin bu ənənəsi hələ də davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, 24 aprel tarixində Ermənistanda antiazərbaycan, antitürkiyə qüvvələri baş qaldırır: "Bu qüvvələr erməni xalqını Azərbaycan və Türkiyəyə qarşı yönəldir. Bu hal Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlara mənfi təsir göstərir. Eyni zamanda revanşist qüvvələrə imkan yaradılır ki, onlar öz destruktiv siyasətini yürüdə bilsinlər. Ümumiyyətlə onların destruktiv siyasəti elə bunun üzərində qurulub. Soyqırım terminini işlədərək bu qondarma siyasi məhfumu Türkiyə və Azərbaycana qarşı yönəltməyə çalışırlar. İndiki şəraitdə təəssüflər olsun ki, Ermənistandakı hakim dairələr bu ənənələrə sadiq qalaraq revanşist qrupların siyasi səhnədə öz sözlərini deməyə imkan yaradırlar. Bu da Ermənistanın təzadlı siyasətindən xəbər verir. Bu, ölkənin nə dərəcədə dərin siyasi böhranla üzləşməsindən bir daha dəlalət edir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə