Tarixin qaranlıq, saxtalaşdırılmış səhifələrinə bir daha ötəri də olsa nəzər salaq. Ermənilərin 1890-cı ildən etibarən başlayan üsyanları 1915-ci ildə Osmanlı hakimiyyətinin radikal qərarlar qəbul etməsinə səbəb olub. Elə saxta soyqırım iddiaları da həmin dövrdən ortaya atılıb: Türkiyədən torpaq qopartmaq və "Böyük hayastan”ın bir hissəsini qurmaq... İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşib, sonra Van, Sason, Adanaya keçib. 1905-ci ildə ermənilər (əslində, haylar) Sultana sui-qəsd etmək istəsələr də bu, uğursuzluqla nəticələnib. Bölgədə təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı da xüsusi amansızlıq nümayiş etdiriblər.
Uydurma hadisəyə soyqırımı deyir, sübutu olana isə...
Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Ukraynada baş verənlərlə bağlı soyqırımı ifadəsini işlətməkdən imtina edib. Ötən gün o, Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək Ukraynada dinc əhaliyə qarşı törədilən qətliamları niyə soyqırımı adlandırmadığını izah edib. Fransa Prezidentinin sözlərinə görə, “soyqırımı” terminini siyasətçilər deyil, hüquqşünaslar qiymətləndirə bilər.
Ancaq bir məqamı da vurğulayaq ki, qondarma erməni soyqırımını ilk tanıyan dövlətlərdən olan Fransa Prezidentinin bu açıqlaması təəccüb doğurur. Çünki dünənə qədər həm Azərbaycan, həm də Türkiyə Prezidentləri tərəfindən sözügedən məsələ dəfələrlə gündəmə gətirilib. Prezident İlham Əliyev Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlərdə qondarma erməni soyqırımının tanınmasının tarixi saxtalaşdırmaq olduğunu açıqlayıb, tarixin tarixçilər tərəfindən araşdırılmalı olduğunu qətiyyətlə bildirib.Ancaq Fransa prezidentinin sonuncu açıqlaması isə bir daha ikili standartlardan xəbər verir. O zaman sual yaranır: Necə olur ki, yüz il əvvəl baş verdiyi iddia olunan hadisəyə tarixçi, hüquqşünas deyil, dövlət səviyyəsində qiymət verilir, siyasətçilər tərəfindən soyqırımı kimi tanınır, Ukraynada olanlarla bağlı isə hüquqşünas rəyi gözləyirlər?..
Göründüyü kimi, Makron utanmadan, həyasızcasına Fransa adından, Amerika adından Türkiyədə olmayan, tarixin bu dövründə məchul, uydurma hadisəyə soyqırımı deyə bilir, amma bu gün televiziyada göstərilən, sübutu olan hadisələrə soyqırımı deyə bilmirsən. Bu ikili standartın əsas göstəricisi deyilmi?Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, bu, Xocalı faciəsi, Azərbaycan vətəndaşlarına qarşı törədilən digər soyqırımı tanımayan Fransanın ikili standartlarının təzahürüdür: “Fransada Prezident seçkiləri getdiyinə görə Makron heç vaxt öz siyasi karyerasına görə ciddi bir söz deməyəcəkdi, bu məlum məsələdir. İkili standart ondan ibarətdir ki, Xocalıda, Azərbaycan vətəndaşlarına qarşı törədilən digər soyqırımı Fransa heç vaxt tanımayıb. Sadəcə olaraq, ermənilərlə diaspora səviyyəsində ciddi əlaqələri olduğuna görə, digər istiqamətlərdə apardıqları siyasətə görə, onlar qondarma erməni soyqırımını məhz siyasi problemə çeviriblər. Təbii ki, bunların hamısı araşdırılmalıdır, tarixçilər, hüquqşünaslar öz sözünü deməlidir. Qətliam nədir, soyqırımı nədir, bir millətin başqa bir millətə qarşı törətdiyi hadisələr dəyərləndirilməlidir”.Millət vəkili bildirib ki, Fransa Prezidenti məhz öz karyerasını qorumaq üçün belə bir açıqlama verib: “ABŞ Prezidenti Bayden Ukraynada baş verən hadisələri soyqırımı adlandırıb. Onların da öz məramı, məqsədi var ki, Rusiyaya qarşı daha ciddi ittihamlarla çıxış etsinlər. Fransa Prezidenti də bu gün özünün siyasi karyerasını qorumaq üçün məhz belə açıqlamalar verir. Hər iki variantda Azərbaycana qarşı ikili standart, ikili yanaşma daim mövcud olub və olmaqdadır. Bunun da qarşısını almaq üçün, çox şükürlər olsun ki, aparılan xarici siyasət, artıq istər arxivlərin açılması istiqamətində, istərsə də beynəlxalq səviyyədə hüquqşünasların qiymətləri – hamısı öz sözünü deməlidir və deyəcək də”.
Qəddar və amansız erməni faşizmi cəzasız qalmamalıdır!
Azərbaycan xalqının tarixində ən müdhiş faciə olan Xocalı faciəsi bəşəriyyətə isə bəşəriyyətə qarşı ən amansız cinayətlərdəndir. 30 il əvvəl millətçi-təcavüzkar Ermənistan dövləti himayədarlarının dəstəyi ilə Azərbaycanda azərbaycanlısız ikinci erməni dövləti yaratmaq üçün törətmişdir. Ötən illərdə bu qətliamı törədənlərin cəzasız qalması xalqımızı faciənin özü qədər ağrıtmış, faciə qurbanlarının incik ruhlarını həmişə sonsuz hüznvə dərin kədərlə anmışıq.2020-ci ilin payızında xalqımızın Qarabağda apardığı müqəddəs Vətən müharibəsində erməni işğalçılarının darmadağın edilərək torpaqlarımızdan qovulması, ərazilərimizin 30 illik düşmən tapdağından azad edilməsi ilə şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı da alınmış, nəhayət, onların narahat ruhları rahatlıq tapmışdır. Artıq bu il biz Xacalı soyqırımında həyatlarını itirmiş şəhidlərimizin xatirəsini təkcə hüzn və kədərlə deyil, həm də Qarabağda qazandığımız tarixi zəfərdən, soydaşlarımızı günühsız qətlə yetirənlərdən, şəhər və kəndlərimizi viran qoyanlara verdiyimiz cəzadan doğan yüksək əhvalla anırıq.Lakin onu da yaddan çıxarmırıq ki, Xocalı faciəsinin təşkilatçıları və icraçıları hələ adbaad ədalət mühakiməsinə çıxarılmamışdır. Xocal soyqırımı bəşəri cinayət olduğu kimi, həm də bəşəriyyət tarixindəki belə kütləvi cinayətlərin davamıdır. Nə qədər ki, belə qırğınları törədilənlər axıradək cəzalandırılmayıb, bu cinayətlərin kökü kəsilıməyib cəlladlar günahsız insanların qanını axıdacaq.
Təkcə II Dünya müharibəsindən sonra bütün dünyanın 151 yerində 231 silahlı konflikt baş verib ki, bunların da yarıdan çoxu 1990-cı ildən-- soyuq müharibə qurtarandan sonrakı ən yaxın tarixi dövrə təsadüf edir. Amma bütün müharibələrin içində öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün olmayacaq. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olan Xocalı qətliamı məhz həmin cinayət aktlarından biridir.1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə Cənubi Qafqazda etnik təmizləmə başladı. Ermənistanda yerləşən 185 Azərbaycan kəndində yaşayan 250 mindən çox həmvətənlərimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara və bütün əmlakları qarət olundu. Bu əməliyyatlarda 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldılar və şikəst oldular.
Az sonra erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni quldurlar bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər. Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmış erməni separatçıları bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar.Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Zori Balayanın Xocalı hadisələrindən 4 il sonra yazdığı “Ruhumuzun dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan.Ermənistanın tanınmış və bədnam ictimai fikir liderlərindən biri sayılan, keçən ilin payızında yenilməz saydığı Ermənistan ordusunun məhv edilməsindən sonra gorbagor olmuş müəllif öz kitabında yazıb: “Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur onun ağzına öldürdüyümüz anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, 7 dəqiqə sonra qan itirməsindən öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşağın başına gətirdiklərimizdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə böldü və itlərə atdı. Axşam biz eyni hərəkətləri üç azərbaycanlı uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim”.
Bu, XXI əsrdə erməni faşistinin özü tərəfindən öz qələmi ilə yaradılmış mükəmməl obrazı, avtoportretidir! Qarabağın işğalı zamanı Zori Balayanın sabiq Ermənistan prezidenti Serj Sərkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti də Xocalı soyqırımı və bütövlükdə Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevriliblər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, növbəti xəyanət, bəşəriyyətə qarşı cinayət olduğunu sübut edir. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı hadisələrinin soyqırımı elan olunması xüsusi əhəmiyyətə malik oldu. Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.Prezident Heydər Əliyev 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır həmin cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında deyib: “Xocalı soyqırımı dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.Bu faciənin geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır.
“Xocalıya ədalət!” kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, ABŞ-ın bir sıra ştatlarının rəsmi qurumları, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur.Bu gün Azərbaycanın həyatında isə yeni bir mərhələ-- azad olunmuş ərazilərin bərpası mərhələsi başlayır. Talanlara və qeyri-qanuni istismara məruz qalmış Qarabağ torpaqlarımızda artıq abadlıq-quruculuq işlərinə başlanıb. Lakin Qarabağın azad olunması nə Ermənistanın, nə də onun adından 30 il torpaqlarımızı işğal altında saxlamış, soydaşlarımızı həyatından və bütün hüquqlarından məhrum etmiş Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digər cinayətkarların məsuliyyətdən qaça biləcəyi anlamına gəlmir.Ancaq 44 günlük İkinci vətən Müharibəsi bir daha qondarma “24 aprel erməni soyqırımı”nı, iyrənc yalanlarına qarşı elə bir dərs verdi ki.Ancaq həyasızlıq, faşistlilik, vandallıq, barbarlıq.... dahi rus şairi A.S.Puşkin demişkən: “Sən göləsən, sən qorxaqsan”. Ayaq tutub “yeri(dilən)yən” yalan..."Soyqırımı" onların alver predmetinə çevrilib". Göründüyü kimi, ermənilərin iç üzü açıldıqca, onların saxta "göz yaşları”na inanmayanların sayı da artmaqdadır. Bütün dünya bilir ki, qondarma erməni soyqırımı İslama qarşı yönəlmiş siyasi maraqlardır və tarixi həqiqətdən uzaqdır və 24 aprel məsələsini ona görə "soyqırımı" günü kimi ermənilər tərəfindən qeyd edilsə də, aparılan tədqiqatlarda da ermənilərin uydurmalarının tam əsassızdır.
Və biz ikinci ildir ki, qalib dövlət, qalib xalq kimi bu soyqırımını anırıq. Cavablarını aldılar. Şəhidlərin qanı yerdə qalmadı. Yəni qisas alındı. Ancaq hələ də o soyqırımının törədilməsində rəhbər olmuş, komandir olmuş hərbi qatillər, canilər, cinayətkarlar cəzasızdılar. Koçaryan, Sarkisyan, Balasanyan və Artunuyan kimi canilər hələ də cəzasız qalıblar. Biz əminik ki, onlar Azərbaycan hüquqları qarşısında cavab verəcəklər və Azərbaycan qanunları qarşısında cəzalanacaqlar.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB