Nəsimi rayonunda şəhid Rəşad Zeynallının məzarı ziyarət olunub FOTOLAR
Vətən müharibəsi şəhidi Rəşad Qiyas oğlu Zeynallının doğum günü ilə əlaqədar Nəsimi rayon icra hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı sədrinin, eləcə də rayon ictimaiyyəti və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Rəşad Qiyas oğlu Zeynallı 21 aprel 1998-ci tarixdə Bakıda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi 2020-ci il oktyabrın 8-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. O, 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P.Nəzərov adına 60 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində "Cihazqayırma mühəndisliyi” ixtisasına yiyələnib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Döyüşdə fərqlənməya görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB