Sonsuz dəhşət içində, yaxud dəhşətli sonluq astanasında - TƏHLİL
Ermənilər üçün vətənpərvərlik hissi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ittihamlar irəli sürmək, yaxud onu müdafiə edənlər sırasına qoşulmaq sayıla bilməz. Yaxud da hansısa məkrli siyasət yürütmək, kimlərinsə torpaqlarına göz dikmək, kimlərinsə yardımlarına, iyanələrinə bel bağlamaq, hiyləgərliklə nələrə isə nail olmaq həvəsi vətənpərvərlik deyil. Ölkəsini düşdüyü, daha doğrusu özlərinin düçar etdikləri bəlalardan xilas etmək istəyi, bu yolda doğru addımlara rəvac verilməsi, düz olan yolda olmaq vətənpərlik hissi hesab oluna bilər. Ermənistanda isə bu müşahidə edilmir, əksinə daha aqressiv hərəkətlərə, yaxud müxtəlif hiylələrə əl atıldığı görünür.
Hər dəfə danışıqlar masasında müxtəlif bəhanələr uydurmağa çalışan Ermənistan tərəfi sonda bunun mənasız olduğunun, ağır nəticələrə səbəb olduğunun şahidi oldu. Danışıqlar zamanı hiyləgərliyə əl atmaq, məsələni uzatmaq, hansısa yolla suyu bulandırmq cəhdlərinin onlar üçün hansı itgilərə səbəb olduğunu anlamalı idilər. Anlamalı idilər ki, illər boyu müxtəlif bəhanələr uydurmaları son nəticədə onların yaratdığı mifi də dağıtdı, olan-olmaz hərbi arsenalını da sıfıra endirdi, hətta Azərbaycanla apardıqları müharibədə cəmi 44 gün ərzində biabırçı məğlubiyyətləri ilə bütün dünyada rüsvay oldular. Hər zaman özlərini qalib kimi təqdim etməyə çalışanlar məğlubiyyətlə üzləşdikləri səbəbindən kapitulyasiya sənədinə imza atmalı oldular və hərzamankı kimi yenə də yazıq siması almağı özlərinə rəva bildilər. İndi də özlərini elə yazıq, rəzil göstərirlər ki, elə bil soyqırım siyasəti yürüdən, torpalarımızı işğal edən, yaşayış məntəqələrimizi viran qoyan onlar deyilmiş və sanki dünyanın ən yazıq sakinləri imişlər. Hələ bir tərəfdən də bütün dünyadan hər bir mənada yardım ummaları çox utancvericidir və elə bil bütün dünya bu barbar topluma borcludur, onlar üçün nə isə etməlidir, yaxud da düşmən bəllədiklərinə belə düşmən kəsilməlidir.
Müharibədə, cəmi 44 günlük savaşda hər şeydən məhrum olan, çarəsiz duruma düşən Ermənistan tərəfi danışıqlara can atdı, tamamilə məhv olmamaq naminə döyüşün dayandırılması üçün əldən-ayqdan getdi. Rüsvayçı məğlubiyyətlə üzləşən Ermənistan hakimiyyəti üz tutmadığı ölkə, yaxud ölkə rəhbəri qalmadı və məhv olmaqdan xilas olmaları üçün müvafiq şərtlərə imza atmaq məcburiyyətində qaldı. Bütün erməni cəmiyyəti çox yaxşı bilir ki, Ermənistan çıxılmaz vəziyyətlə üz-üzə idi və danışıqlara getmək, razılaşmalar onlar üçün yeganə çıxış yolu oldu. Bunun ardınca da bir neçə danışıqlar masasında olan Ermənistan müvafiq öhdəliklər götürdü və bu öhdəliklər əslində süqut etmək təhlükəsindən yaxa qurtarmaq hesab olunur. Maraqlıdır, indi ermənilər nə arzusundadırlar və öhdəliklərinə əmək etmək əvəzinə daha hansı çirkin yollar fikirləşiblər?
İndi də əlləri hər şeydən üzülən ermənilər növbəti dəfə adətləri üzrə böhtana əl atırlar və Azərbaycana qarşı şər kampaniyası niyyətindədirlər. Məqsəd də bəllidir və bu kampaniya ilə ermənilər rusları, Rusiya hökumətini Azərbaycana düşmən etməyi, ən azından bizimlə rəqabət aparmağa sövq etməyi planlaşdırırlar. Hətta Ermənistana məxsus mətbuat səhifələri yazır ki, Azərbaycanla bağlı Kreml nəyi isə bilməlidir. Deməli, Kremlin guya nəyi isə bilməsini ermənilər yaman çox istəyirlər və görəsən bu onların nəyinə lazımdır? Maraqlıdır, Rusiyanın nəyi isə bilib-bilməməsindən ermənilərə nə? Bu toplum rusların təəssübkeşi kimi özlərini göstərmək istəyirlər, yoxsa düşmənçiliklərini davam etdirmək üçün Rusiyanı da bu ədavətə cəlb etmək arzusundadırlar? Sözsüz ki, ermənilərin təəssübkeşliklərindən söhbət belə gedə bilməz və tarix boyu onların necə dırnaqarası “təəssübkeş” olduqlarına ruslar özləri hamıdan yaxşı bələddirlər. Bunu elə biz də yaxşı bilirik və torpaqlarımızda yaşamalarına izn verdiyimiz nankorların sonda üstümüzə silah çəkdiyini, torpaqlarımızı işğal etdiklərini, yurd-yuvamızı viran qoyduqlarını, həmvətənlərimizə qarşı soyqırım siyasəti yürütdüklərini də gördük.
Sözsüz ki, ermənilər rusları qıcıqlandırmaq, yalanlarına inandırmaq fikrinə düşüblər. İndi ermənilər istəyirlər ki, Bakıya qarşı Rusiya tərəfindən hansısa təzyiqlər edilsin və bunun üçün böyük rus qardaşlarını öz yalanlarına inandırmağa çalışırlar, amma onların nə xislətdə olduğunu nəinki rusların, ümumiyyətlə, bütün dünyanın bildiyini unudurlar. Unudublar ki, illər, onillər boyu onlara havadarlıq etməsi qarşılığında ruslar onlardan yalnız xəyanət gördülər. Amma ruslar heç zaman unutmazlar ki, ermənilər onları dəfələrlə Qərbin ayaqları altında atmaqdan çəkinmədilər. Rusların onlara etimadının olmadığını ermənilər özləri hamıdan yaxşı bilirlər, amma hər ehtimalla yenə də öz çirkin niyyətlərinə bir də baş vurduqları müşahidə edilir. Bu məqsədlə Azərbaycana böhtan atmaq ənənələrinə sadiq qalaraq yenə də hansısa yalanlara, şərə yol açmaq onlar üçün qəbuledilən sayılıb. Halbuki belə böhtanlarla aranı qarışdırmaq ümidləri bundan sönra cücərən deyil və Azərbaycanın mövqeyi də, tutduğu yol da təkcə Rusiyaya deyil, bütün dünyaya bəllidir.
Azərbaycan balanslaşdırılmış siyasət yürüdür və heç bir ölkəyə qarşı ədavət aparmaq niyyətində deyil. Bunu bütün dünyaya da bəyan etmişik və bu həqiqət hamı tərəfindən qəbul edilir. Ölkəmizin necə tolerant ölkə olduğunu da bütün dünya ictimaiyyəti çox yaxşı bilir, nəinki ruslar. Eyni zamanda Rusiya tərəfi bilir və görür ki, Azərbaycanda ruslara qarşı heç bir əks mövqe yoxdur və olacağı da gözlənilən deyil. Ölkəmizdə rusların azərbaycanlılarla bir yerdə, birgə necə yaşadığı da göz önündədir. Bir nəfər belə bununla bağlı narazı olmayıb və belə bir şərait qənaətbəxşdir. Bununla yanaşı Azərbaycanda rus dilinin istifadəsi, rusdilli məktəblərin olması da təkzib edilə bilməz. Bunu da bütün dünya bilir. Elə isə bu şəraitdə rus dilinə qarşı Azərbaycanda hansısa qadağalar barədə ermənilərin danışmasına ən mədəni şəkildə desək, böhtan və şərdən başqa daha nə ad vermək olar? Təbii ki, yenə də məqsəd bəllidir və burada niyyət rusları qıcıqlandırmaqdır, amma ermənilər özləri də yaxşı bilirlər ki, buna inanan olmayacaq. Əksinə, bu kampaniya niyyəti belə onların simasızlığını bir daha açıq şəkildə bütün dünyaya göstərir.
Ermənilər iddia edirlər ki, ruslar bir çox məsələləri görmürlər. Hətta Ermənistana məxsus mətbuat səhifələri yazır ki, Rusiya Ukrayna bataqlığında batıb və bunun ardınca sonra da utanmadan yardım dilənirlər. Bəli, ermənilər bir tərəfdən yazırlar ki, Rusiyanın Ukraynada üzləşdikləri təkcə məğlubiyyət deyil, həm də alçaldılmadır, digər tərəfdən də gileylənirlər ki, ruslar ermənilərə niyə kömək etmək istəmirlər. Bunlar bir tərəfdən o fikri dövriyyəyə buraxırlar ki, Rusiyanın zəiflədiyinə dair çoxlu sübutları var və bu ölkənin döyüş qabiliyyəti zəifləyib, maliyyə və iqtisadi cəhətdən zəifləmələri göz önündədir, digər tərəfdən də yardım diləyirlər. Maraqlıdır, zəif qələmə verdikləri ruslardan yardım istəmək dilənməkdən başqa nəyə bənzəyə bilər? Hələ bir tərəfdən də utanmadan Qərbin gözündə Ermənistanın hansısa statusa malik olduğunu iddia edirlər və bu statuslarına da Rusiyanın mane olduğunu bildirirlər. Həqiqətən də çox gülünc səslənməklə yanaşı, həm də çox acınacaqlı yanaşmadır. Çünki, əvvəla Qərbin Ermənistan barədə, bu işğalçı ölkənin nəinki yalanları, ələlxüsus cinayətkar, işğalçı əməlləri barədə artıq kifayət qədər məlumatı var və bundan sonra nəyə isə iddialı olmaları həqiqətən özlərini aldatmalarıdır. Digər tərəfdən də Qərb mövzusunda rusları günahkar bilənlər olmayan o hansı üzlə kömək umurlar? Qərbin, yaxud Rusiyanın günahkar olub-olmaması müzakirə mövzusu deyil, söhbət erməni simasızlığından gedir və belə bir həyasızlığa sahib olmaları adamda izah edilməsi mümkün olmayan hislər, ikrah hissi döğurur.
Bir tərəfdən baş nazir Nikol Paşinyanı satqınlıqda, milli maraqlara xəyanətdə, yəni xəyanətkarlıqda ittiham edirlər, digər tərəfdən onu müdafiə edirlər və bəlli olur ki, bu çaşqın cəmiyyət ya sonsuz dəhşət içindədir, ya da dəhşətli sonluqla üz-üzədir. Ölkəsinin acınacaqlı durum qarşısında qaldığını görmələri fonunda hələ də oyunbazlıq etməkdə davam edirlər. Hər dəfə erməni baş nazir Nikol Paşinyan danışıqlar masasında oturan zaman ölkəsinin acınacaqlı vəziyyətdə olduğunu görür, həyəcan keçirir, sonra da üzərinə götürdüyü öhdəliklərinə əməl edəcəyi barədə vədlər verir, bununla bağlı fikirlər səsləndirir, amma bir müddət keçəndən sonra yenə də adəti üzrə sərsəm bəyanatlarla gündəmə gəlməyi özünə rəva bilir. Erməni baş nazirin belə sərsəm hərəkətlərinə müvafiq olaraq erməni cəmiyyətində də çaşqınlıqlar hökm sürür. Ölkənin acınacaqlı durumda olmasına rağmən hansısa revanşist fikirlər səsləndirənlər nəyə ümid edə bilərlər? Əslində ümidsizlik girdabında ikən iddialar səsləndirmək, toplumun başını itirməsi deməkdir və cəmiyyətin dəhşət içində olması anlamına gəlir. Yaxud, bir cəmiyyət düşdüyü açınacaqlı durumu başa düşmürsə, xilas yolunu anlamırsa, deməli həmin cəmiyyət dəhşətli sonluqla üz-üzədir. Əgər bu gün erməni cəmiyyəti nə etməli olduğunun, öhdəliklərinə əməl etməyin yeganə çıxış yolu, qurtuluş olduğunun fərqində deyilsə, anlamırsa ki, belə davam edəcəyi təqdirdə məhvə sürüklənir, deməli sonluğun daha dəhşətli olacağı həmin cəmiyyət üçün qaçılmazdır. Bir sözlə, öz öhdəliklərindən boyun qaçırmağa çalışan, müxtəlif bəhanələrlə, yalanla, böhtanla, şərlə yenə də öz-özünü aldadan cəmiyyət sonsuza qədər davam edən, sonsuz dəhşət içindədir, yaxud dəhşətli sonluq astanasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB