Bütün bunların reallaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu var - DEPUTAT ŞƏRH ETDİ
"Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq məsələsinə çox həssaslıqla yanaşır. Ən əsası isə Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası başqa xalqların mədəniyyətinə, tarixinə, milli dəyərlərinə hörmət prinsipini nəzərdə tuturdu. Azərbaycan xalqının öz tarixini dərindən bilməsi, milli adət və ənənələrini qoruması, dünya birliyində özünün layiqli yerini tutması istiqamətində Azərbaycanda addımlar atılır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ulu Öndər sovet dönəmində Azərbaycanda ziyalı təbəqənin formalaşmasına, gənclərin geniş və dərin təhsil almasına, incəsənət və mədəniyyət xadimlərinin fəaliyyətinə dövlət qayğısının göstərilməsinə xüsusi diqqət edirdi: "Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra xaricdən yaşayan azərbaycanlılarla əlaqə üçün xüsusi dövlət komissiyası yaradıldı. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Onlarla əlaqənin qurulması, onların Vətənlə daim sıx əlaqədə olması üçün çox ciddi addımlar atıldı. Bir tərəfdən xaricdə yaşayan azərbaycanlıların ana Vətənlə sıx əlaqə qurması, digər tərəfdən isə onların yaşadıqları ölkənin qanunlarına hörmətlə yanaşaraq həmin ölkənin layiqli vətəndaşı olması həmişə dövlətimiz tərəfindən təltif edilir. Bu gün demək olar ki, xaricdə fəallıq göstərən və öz ölkələrinin ictimai-siyasi həyatında fəal iştirak edən Azərbaycan diaspor idarələri var. Dünyanın heç bir ökəsində Azərbaycan diaspor idarələri ilə bağlı hər hansı bir narazıçılıq yoxdur. Bütün bunların hamısının formalaşmasında, reallaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu var".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Onun xaricdə səfərdə olarkən Azərbaycan icmasının nümayəndələri ilə görüşlər keçirməsi, onlarla əlaqənin dövlət səviyyəsində böyük diqqət yetirməsi bu qəbildən olan məsələlərdir. Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinin dünyaya çatdırılmasnda diaspor nümayəndələrinin çox böyük rolu oldu. Bu gün Azərbaycanın diaspor nümayəndələri Azərbaycanın işğaldan azad olunan ərazilərində quruculuq işlərini dəstəkləyir və maksimum dərəcədə köməklik göstərirlər. Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi dövlətimiz və diaspor dairələri arasında sıx əlaqələrini daha da möhkəmləndirəcək. Tarix Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin formalaşdırılmasında, Azərbaycan cəmiyyətində milli birliyin yaranmasında, ana Vətən ilə xaricdə yaşayan azərbaycanlılar arasında sıx əlaqənin qurulmasında Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB