Aşqabad görüşündə hansı önəmli məsələlər müzakirə olunacaq? - BEYNƏLXALQ EKSPERT DANIŞDI
“Aşqabada Türmənistan, Türkiyə və Azərbaycan Prezidentlərinin 3 tərəfli görüşü nəzərdə tutulur. Mən hesab edirəm ki, 2021-ci ilin yanvar ayında Türmənistanla Azərbaycan arasında imzalanmış memoranduma əsasən mübahisəli kəpəz yatağı dostluq yatağı adalanaraq birgə istismara veriləndən sonra Azərbaycan və Türkmənistan arasında enerji daşıyıcılarının birgə istismarı və dünya bazarına çıxarılması ilə bağlı çox mühüm razılıqlar əldə olundu”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə, məhz bundan sonra Türkəminstan və Azərbaycan arasında çox tərəfli münasibətlərin sürətli şəkildə tənzimlənməsi və münasibətlərin qurulması prosesi başladı. Təbii ki, bu münasibətlərin tənzimlənməsində Türkiyə dövlətinin mühüm rolu var. Xüsusilə də Türmənistan qazının və neftinin Aəzrbaycan üzərindən dünya bazarına çıxarılması məsələləri istiqamətində Türkiyə dövlətinin oynadığı rol çox əhəmiyyətlidir. Görüş zamanı Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daha rahat şəkildə və böyük həcmdə çıxarılması məsələsi də müzakirə olunacaqdır. Çünki indiki müasir dövrdə Rusiya-Ukrayna müharibəsi fonunda Xəzər dənizinin karbodhidrogen ehtiyatlarına Avropa bazarlaırnda çox ciddi şəkildə ehtiyac formalaşıb. Bu bazarın əldə edilməsi üçün Azərbaycanla Türkmənistanin birgə fəaliyyəti çox mühüm rola sahib ola bilər. İki tərəfli münaisbətlərin formalaşması və bu ehtiyatların Türkiyə üzərindən dünya bazarlarına çıxarılması prosesinin şaxələndirilməsi və ratifiqasiyası prosesinin həyata keçirilməsi hər 3 dövlətə iqtisadi dividentlər qazandıracaq. Fikrimcə, bu görüşdə növbəti iqtisadi əməkdaşlıqlar və Türkmənistan qazının Cənubqaz dəhlizi ilə Avropaya nəql olunması məsələinə də toxunulacaq. Son dövrlərdə aktivləşən Türk dilli dövlətlər birliyi məsələsi görüşün müzakirə mövzusuna çevriləcək. Həmçinin terror prosesləri və mövcud hakimiyyətə qarşı davranışların qarşısının alınması istiqamətində də birgə fəaliyyət məsələlərinə də baxılacaq. Azərbaycan Ermənistanı çıxmaqla sərhəd qonşuları və su sərhəd qonşuları ilə də münasibətlərinin olması ölkəmizi mühüm strateji dövlətə çevirib. Buna görə də bu gün Azərbaycanın fikri və mövqeyi nəzərə alınmadan bölgəmizdə hər hansısa prosesin reallaşdırılması demək olar ki, mümkünsüzdür. Azərbaycan, Türkiyə, Türkmənistan Prezidentlərinin görüşü bu münasibətlərin bundan sonrada yüksələn xəttlə inkişaf edəcəyini proqnozlaşdırmağa şərait yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB