ATƏT-in Minsk Qrupu öz missiyasını uğursuz şəkildə tamamlayıb - POLİTOLOQ AÇIQLADI

ATƏT-in Minsk Qrupu öz missiyasını uğursuz şəkildə tamamlayıb - POLİTOLOQ AÇIQLADI

"Son 30 ilə baxdıqda aydın şəkildə görə bilirik ki, ATƏT-in Minsk Qrupu nəinki münaqişənin həlli ilə bağlı hər hansı bir töhfə verib, əksinə münaqişənin uzanmasına, danışıqlar prosesinin bu qədər uzun müddət davam etməsində əsas rol oynayan əsas faktorlardan biri olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, münaqişə artıq bitib: "Hər hansı bir formada Dağlıq Qarabağ münaqişəsi adlı bir anlayış yoxdur. Bu baxımdan ATƏT-in Minsk Qrupunun yaranma missiyası ilə bağlı məqsəd aradan qalxıb. Ona görə də ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı gələcək perspektivin görünməsi mümkün deyil. Sadəcə olaraq sülh danışıqları prosesinə töhfə verə biləcək dövlətlər aktiv rol oynamağa başlayıb. ATƏT-in Minsk Qrupu da bu təşkilatlanmağa daxil deyil. Çünki Azərbaycan Respublikası tərəfindən ATƏT-in Minsk Qrupuna etimad yoxdur. Bunun kifayət qədər əsaslı səbəbləri var.

Ayrı-ayrılıqda istər Rusiya, istər ABŞ , istərsə də Fransa münaqişənin həllindən sonra post-müharibə dövründə artıq sülh quruculuğu prosesi və sülh danışıqları ilə bağlı öz töhfələrini verə bilərlər. Çünki bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışında vurğulayıb ki, biz bütün dialoqlara açığıq. Çünki biz sülh prosesində maraqlıyıq və istəyirik ki, sülh müqaviləsi tezliklə imzalansın. Bundan sonrakı formatda Minsk Qrupunun həmsərdləri artıq ayrə-ayrılıqda hər hansısa bir formada sülh müqaviləsinə öz töhfələrini verə bilərlər. ATƏT-in Minsk Qrupu format olaraq təbii ki, öz missiyasını uğursuz şəkildə tamamlayıb. Düşünmürəm ki, gələcək perspektivdə hər hansı bir formada ATƏT-in Minsk Qrupu öz fəaliyyətini davam etdirəcək bir reallıq yaransın."

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə