YAP Quba rayon təşkilatının inzibati binasında ərazi partiya təşkilatlarının sədr və sədr müavinlərinin iştirakı ilə iclas keçirildi. İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümummilli Lider Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Rəqəmsal İdeya Müsabiqəsi” ilə bağlı, üzvlük haqlarının toplanması, YAP sıralarına qəbul və cari məsələlər müzakirə edildi.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ərazi ilk partiya təşkilat sədr və müavinlərini daha aktiv fəaliyyət göstərməyə çağırdı.
Daha sonra rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ”Rəqəmsal İdeya Müsabiqəsi” ilə bağlı görüləcək işlər barədə məlumat verdi. Rayon Təhsil Şöbəsi ərazi partiya təşkilatının sədri Rüfət Hacıyev iclasda çıxış edərək hər kəsi partiya fəaliyyətində fəal olmağa çağırdı.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB