2022-ci ilin birinci rübü başa çatmışdır. Qazanılan ilkin uğurlar onu göstərir ki, bu ildə qazanılacaq nailiyyətlər üçün əsaslı təməl qoyulmuşdur.Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 apreldə cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə qeyd edildi ki, postmünaqişə dövründən keçən müddət ərzində ölkəmiz həm siyasi meydanda, həm də social-iqtisadi sahədə mühüm uğurlar əldə etmişdir. Dünyanın bir sıra Beynəlxalq təşkilatları Qarabağ münaqişəsi ilə bağlı yeni reallıqları qəbul etməyə məcbur olmuşlar.
Bütün bunlar Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində əldə edilmişdir. Aprel ayının 6-da cənab Prezident Ilham Əliyevin Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş Naziri Nikol Paşinyanla keçirdiyi görüşdə əldə edilən siyasi uğurlar onu göstərir ki, Azərbaycanın Beynəlxalq nüfuzu artmış, əksinə Ermənistan isə demək olar ki, bütün dayaqlarını itirərək Azərbaycanın irəli sürdüyü 5 müddəanı qəbul etmək məcburiyyətində qalmışdır. Bu isə 3+3 formatının işə düşməsi, bütövlükdə Ermənistanla danışıqların yeni formatda aparılmasının bünövrəsinin qoyulması deməkdir.
Müşavirədə siyasi sahələrdə qazanılan uğurlarla yanaşı digər sahələr də əldə edilən nailiyyətlər də əksini tapmışdır.İşğaldan azad edilmiş ərazilərdə quruculuq,yenidənqurma işlərinin aparılması, xüsusən həmin ərazilərdə su, külək, günəş elektrik stansiyalarının inşası, ölkənin bir sıra parametrlər üzrə iqtisadi göstəricilərinin yaxşılaşması, o cümlədən, ümumidaxili məhsulun 6,8%, qeyri-neft iqtisadiyyatının 10%, sənaye istehsalının 4%, xarici ticarət dövriyəsinin 60%, ixracın təxminən 2 dəfə artması, xarici borcun 600 milyon dollardan çox azalması, xarici ticarət saldosunun 3 ayda 5 milyard dollardan artıq olması, vergi və gömrükdən əldə edilkən gəlirlərin artması, əmək haqlarının və təqaüdlərin əsaslı şəkildə artırılması, əhalinin maddi rifahının nəzərə çarpacaq dərəcə də yaxşılaşması, yeni social və infrastruktur layihələrin həyata keçirilməsi ilin uğurlu təməlinin qoyulmasından xəbər verir.
Ümumiyyətlə, son illər Ölkəmizin bütün sahələrdə qazandığı uğurlar göz önündədir. Bunu görmək üçün heç də eynəyə və yaxud optic bir cihaza ehtiyac yoxdur. Sadəcə olaraq pəncərəni açıb ətrafı seyr etmək kifayətdir. 30 il işğal altında inləyən torpaqlarımızın erməni tapdağından azad edilməsi bunun əsas göstəricilərindən biridir. Demək olar ki, dünyanın əksər ölkələrinin Ermənistanın haqsız iddialarının dəstəkləməsi, onlara maddi və hərbi dəstək verməsinə baxmayaraq biz haqq savaşında qalib gəldik. Nəyin hesabına? Birincisi: Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin iqtisadi inkişafına gətirib çıxaran islahatlar həyata keçirməsi.İkincisi: İqtisadi potensialın güclənməsinin ordu quruculuğuna, ordunun müasir silahlarla təchiz edilməsinə yönləndirilməsi.Üçüncüsü: Ölkə əhalisinin qələbəyə inam və silahlı qüvvələrin şəxsi heyətində peşəkar hərbçilərin yetişdirilməsi, onlarda Vətənə məhəbbət, ərazi bütövlüyünün bərpa edilməsinə əminlik hissinin aşılanması. Dördüncüsü: Ölkə rəhbərliyinin beynəlxalq hüquqa söykənən uğurlu siyasi mübarizəsi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində informasiyaların yayılmasının təmin edilməsi.Lakin bu uğurları gözü götürməyənlər də vardır. Azərbaycanın inkişafını qəbul etməyən, onun uğurlarını gözdən salmaq istəyən bəzi ölkələr və beynəlxalq təşkilatların qaragüruhçu fəaliyyətini- nələrinsə qarşılığında kimlərinsə qarşısında götürdüyü öhdəliklərin icrası istiqamətində nə isə etməli olduğunu başa düşürük. Bəs Azərbaycanın çörəyi ilə böyümüş, qrantlar hesabına gəlir əldə edən, ölkə əleyhinə təbliğat aparan “sapı özümüzdən olan baltalar”ın fəaliyyətinə nə qiymət verək? Arabanın “5-ci təkəri” olanların vicdanı gec-tez oyanacaq. Onda başa düşəcəklər ki, Vətəninə, xalqına, ölkə rəhbərliyinə qara yaxmaq heç də düzgün deyilmiş.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB