Azərbaycan parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib FOTO
Aprelin 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib.
Parlamentdən SİA-ya verilən məlumata görə, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan Parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB