Avropa İttifaqı ilə ölkəmiz arasındakı təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Artıq Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da üç tərəfli görüş keçirilib. Görüş təxminən 5 saata yaxın davam edib.Tərəflər bölgədəki vəziyyəti, o cümlədən təhlükəsizlik, sabitlik və sülh məsələlərini müzakirə ediblər. Brüsseldə keçirilən danışıqlarda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların tələblərinin yerinə yetirilməsinin önəmi vurğulanır. Bütün bunlar Ermənistan siyasi hakimiyyətinə və xalqına göstərir ki, danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq, onlar bu bəyanatların tələblərinə qeyrişərtsiz yerinə yetirilməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşü beynəlxalq, regional və yerli medianın gündəliyində əhəmiyyətli yer tutur. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara start verilir. Hər iki ölkənin Xarici İşlər Nazirliklərinə sülh prosesinin başladılmasına uyğun təlimatlar verildi və sərhədlərin delimitasiya və demarkasiya olunması üçün işçi qurpunun aprelin sonuna kimi yaradılması tapşırıldı. Bu, Azərbaycanın irəli sürdüyü məlum 5 maddəlik təklifin qəbulu və bunun əsasında danışıqların aparılmalıdır. Bizim üçün ən əsas məqam sülhün Azərbaycanın ərazi bütövlüyü əsasında olmasıdır. Bəyanatda Ermənistanla Azərbaycanın sərhəd məsələləri üzrə birgə komissiya yaratması, ilk növbədə, sərhəddə insidentləri aradan qaldırılmasıdır. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi sənəddə öz əksini tapmışdır. Həmçinin iki ölkənin lideri qərara aldı ki, növbəti görüşlərdə üçüncü tərəf olmadan görüşülsün.
Moskvada və Brüsseldə keçirilən bütün danışıqlarda üçtərəfli bəyanatların tələblərinin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanır. Bütün bunlar Ermənistan siyasi hakimiyyətinə və xalqına göstərir ki, danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq, onlar bu tələbləri yerinə yetirilməlidirlər. Əks halda əvvəlki kimi bölgədə gedən inkişafdan geri qalacaqlar.
Murad Qəhrəmanlı
YAP Xəzər rayon təşkilatı "A.İldırım 30B" ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB