Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin etimadını yüksək qiymətləndirir
Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı verilən qərar Azərbaycan üçün xarici siyasətdə prioritet yeri tutan Ermənistanla münaqişə konteksində çox vacib idi. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.
2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törədiyi hərbi təxribatla bağlı qərar qəbul etdi. Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmişdir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbayacan Respublikası Qoşulmama Hərərakatının roluna və prinsiplərinə sadiqdir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimad və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən, yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Sirr deyil ki, Hərəkat son illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkatda sədrliyi dövründə Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyələndirilir. Əlbəttə, dünyada baş verən proseslər, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artırmaqdadır. Qoşulmama Hərakatının sədri olan Azərbaycan fəal surətdə çoxtərəfli təqdir olunur. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərakatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərakəta üzv ölkələrin də yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində Qoşulmama Hərəkatı ölkələrinin bu etimadını yüksək qiymətləndirir və təşkilata sədrliyini yüksək səviyyədə davam etdirir.
Nazim Əsədov
Yeni Azərbaycan Partiyasının fəalı, Xəzər rayonu N.Sərxanov adına 256 nömrəli tam orta məktəbin tarix müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB