Azərbaycan-Qırğızıstan münasibətləri yüksək səviyyədədir - POLİTOLOQ AÇIQLADI

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək səviyyədədir - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan-Qırğızıstan münasibətləri çox yüksək səviyyədədir. 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilən görüşdə Qırğızıstan Azərbaycan, Türkiyə və Gürcüstan ilə birlikdə məhz Türk Dövlətləri Əməkdaşlıq Şurasını yaratdılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, ötən ilin noyabr ayının 12-də İstanbulda keçirilən sammitdə Türk Dövlətləri Əməkdaşlıq Şurası Türkdilli Dövlətlər Təşkilatına çevrildi: "Bu təşkilatın əsas təsisçilərindən biri də Qırğızıstandır. Hamıya məlumdur ki, Orta Asiya ölkələri içərisində ən çox siyasi sabitliyin pozulduğu ölkə Qırğızıstandır. Bütün bunlara baxmayaraq Azərbaycan-Qırğızıstan münasibətləri yüksək səviyyədədir. Bildiyimiz kimi Azərbaycan və Qırğızıstan Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. Burada Türkdilli Dövlətlər Təşkilatı ilə bağlı məsələlər müzakirə edildi.

Bildiyimiz kimi TÜRKSOY 2023-ci ili "Şuşa ili" elan etdi. Bundan əlavə Azərbaycan ilə Qırğızıstan arasında ticari dövriyyəsi nisbətən aşağı səviyyədədir. Düşünürəm ki, konfrans zamanı Azərbaycan ilə Qırğızıstan arasındakı ticari əlaqələr də müzakirə olunub. Qırğızıstan bizə qardaş olan bir dövlətdir. Bu səbəbdən bu tipli görüşlərin daha da intensivləşəcəyinə inanıram".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə