ATƏT-in Minsk qrupu öz missiyasını çox uğursuz formada başa çatdırıb - SABİQ DEPUTAT AÇIQLADI
"ATƏT-in Minsk qrupunun yaranmasından 30 ilə yaxın vaxt ötür və bu müddətdə ATƏT-in Minsk qrupu işğala son qoyulması üçün, tərəflər arasında sülh sazişinin imzalanması üçün, heç bir ciddi addım atmayıb". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, əksinə işğalın müddətinin uzadılması üçün bir çox səylər göstəriblər: "Azərbaycanlıları öz ata-baba torpaqlarından daha çox uzaqlaşdırmaq, yaddaşlardan silmək istəmiş, Qarabağsız bir nəslin formalaşmasına nail olmaq istəyirdilər. Bu onların görünməyən siyasətinin tərkib hissəsidir. Amma görünən siyasətləri budur ki, boş-boş bəyanatlar verirlər, separatçılarla Qarabağda şərab içirlər. Eyni zamanda işğalçıya qarşı hər hansı bir ciddi tədbirin görülməməsi ermənilərə xidmət etdiyini göstərmişdir Sülhdən çox uzaq olan bir təşkilat olduğunu sübut etmişdir. 44 günlük müharibəyə qədər biz dəfələrlə onların fəaliyyətsizliyi ilə bağlı bəyanatlar vermişik. Cənab Prezident dəfələrlə bunu vurğulayib. Amma heç bir fayda verməyib, onlar öz bildiklərini ediblər. Nəhayət Azərbaycan dövləti 2020-ci il sentyabrın 27-də BMT-nin yerinə yetirilməyən 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi. Həmçinin ATƏT-in Minsk qrupunun yerinə yetirmədiyi öhdəliyi özü yerinə yetirdi. Azərbaycan torpaqlarını işğaldan azad edərək Ermənistanı sülh bağlamağa məcbur etdi.
Düşünürəm ki, ATƏT-in Minsk qrupu ölmüş və lazımsız bir qruma çevirilib. Müharibədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfəri olmuşdur. Təbii ki, bu səfər dəvətsiz bir səfər idi. Dövlət başçısı tərəfindən onlara kifayət qədər layiqli bir cavabın verildiyinin şahidi olmuşuq. Cənab Prezident onların fəaliyyətsizliyini üzlərinə vurmuş, belə bir qurumu tanımadığını bildirmişdir. Amma Ermənistan müharibədən xeyli müddət keçsə də yenə də bölgədəki proseslərə ATƏT-in Minsk qrupunu cəlb etmək arzusunda idi. Müxtəlif yerlərə baş vurub. Hesab edirəm ki, həm ATƏT-in özü, həm Avropa İttifaqı, həm də Azərbaycan ATƏT-in Minsk qrupu bu proseslərdə iştirak etməyəcəyini anlayıb. Xüsusilə 2021-ci ildə Brüsseldə keçirilən görüşlər və bu görüşlərdə əldə olunan razılaşmalardakı şərtlər beynəlxalq hüquqa söykənən şərtlərdir. Ermənistan keçirilən bütün görüşlərdə ATƏT-in Minsk qrupunun fəaliyyətsiz bir qurum olduğunu anlamışdır. Bu baxımdan ATƏT-in Minsk qrupu öz missiyasını çox uğursuz və ləyaqətsiz formada başa çatdırıb. Onlara bu bölgədə ehtiyyac yoxdur.
Hazırda sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı komissiya yaradılıb və bundan sonra sülh müqaviləsinin imzalanması ilə bağlı işə başlamaq tapşırığı verilib. Görünür ki, ATƏT-in Minsk qrupu ölüb və Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının yaxın vaxtlarda şahidi olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB