Rusiyanın hərbi əməliyyatlar keçirməkdən başqa çarəsi yoxdur

Rusiya prezidenti Putin "Kosmonavtika Günü" çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Rusiyanın Uzaq Şərqində belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra açıqlamalar verib.

Rusiya prezidenti Vladimir Putin Moskvanın Rusiya və Belarusiyanı təcrid etmək cəhdlərinə müqavimət göstərəcəyini vurğulayıb və Qərbin sanksiyaları fonunda ölkələr arasında inteqrasiyanın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Rusiya lideri Ukraynada baş verənlərin faciə olduğunu, lakin Rusiyanın xüsusi hərbi əməliyyat keçirməkdən başqa çarəsinin olmadığını açıqlayıb.

Rusiya iqtisadiyyatının vəziyyətə uyğunlaşacağını bildirən Putin, sanksiyalarda sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə