Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Hindarx qəsəbəsində növbəti səyyar qəbul keçiriblər. Qəbulda İcra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Hindarx qəsəbə icra nümayəndəsi, bələdiyyə sədri, YAP Hindarx qəsəbə ərazi təşkilatının sədri, qəsəbənin məktəb direktorları və ərazidə fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərləri, fermerlər, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak ediblər.
Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı R.Hüseynov çıxış edərək, ölkədə və dünyada baş verən siyasi proseslər, təsərrüfat işləri barədə məlumat verib, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün öz tövsiyələrini diqqətə catdırıb. Qəbulda vətəndaşların müraciətləri əsasında onları narahat edən mövcud problemlərin yerində öyrənilməsi və operativ həll edilməsi barəsində aidiyyatı təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB