“Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə saxlayıram və onların sənəd məsələsində nə qədər problem yaşadığını bilirəm”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, onların şəxsiyyət vəsiqəsinin, pasportunun vaxtı bitir və ölkəyə qayıdıb sənədləri qaydaya salmaq məcburiyyəti yaranır: “Amma bu, belə olmamalıdır. Onlar xaricdə sənədlərini rahat dəyişməlidirlər. Biz soydaşlarımıza rahat şərait yaratmalıyıq. Azərbaycan qanunlarında xaricdə yaşayan vətəndaşlara güzəşt nəzərdə tutulsa da, bir nəfər bu güzəştdən faydalanmır. Xaricdə yaşayan azərbaycanlılar da ödənişli təhsil alır. Mən təklif edirəm ki, Dünya Azərbaycanlıları Universiteti yaradılsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB