Rusiya işğalının ən şiddətli qarşıdurmalarının yaşandığı Mariupolda kimyəvi silahdan istifadə edildiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iddialar Rusiyanın blokadasında olan Mariupol şəhərini müdafiə edən Azov bölməsindən gəlib.
Pilotsuz uçuş vasitəsi ilə şəhərə kimyəvi bomba atıldığını ifadə edən səlahiyyətlilər, mənşəyi bilinməyən zəhərli maddənin səbəb olduğu öldürücü simptomları da açıqlayıb.
Sözügedən kimyəvi maddə onunla təmasda olan insanlarda tənəffüs çatışmazlığı və vestibul-ataktik sindrom kimi əlamətlərə səbəb olub. Ukrayna Parlamenti Rusiya hərbçilərinin Donetskdə azot turşusu atəşinə tutulması ilə bağlı məlumat aldığını açıqlayıb.
ABŞ və Britaniya Ukraynadakı Rusiya qüvvələrinin Mariupol liman şəhərinə hücumu zamanı kimyəvi silahdan istifadə etdiyinə dair xəbərləri araşdırdıqlarını açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi rusların Mariupolda kimyəvi silahdan istifadə etməsinin təsdiqlənmədiyini, lakin hadisələrin diqqətlə izlənildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB