İlham Əliyev xalqına qələbələr qazandıran, uğurlar gətirən liderdir - MÜNASİBƏT BİLDİRİLDİ
"İlham Əliyevin prezidentliyi Azərbaycanı tam müstəqil, qüdrətli, sürətli inkişaf yolunu keçən dövlətə çevirib. Qeyd olunmalıdır ki, İlham Əliyev 2018-ci ilin aprel ayında yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da ölkəmizin durmadan inkişaf etməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində böyük səylər göstərib və, ən əsası, öz cəsarətli rəhbərliyi və diplomatik istedadı nəticəsində tarixi Zəfərə imza atıb, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasına nail olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanıb, adını dünya tarixinə yazıb və bu gün cənab Prezidentin səyləri nəticəsində bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunması, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, Böyük Qayıdışın təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmaqdadır: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edib, bir çox ölkələrin iqtisadiyyatını təhlükə altına qoymuş pandemiyanın iqtisadiyyatımıza təsirinin minimuma endirilməsi təmin edilib, ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının və maddi rifahının qorunması istiqamətində səmərəli tədbirlər həyata keçirilib. Dövlət başçısı COVID-19-la mübarizədə beynəlxalq səyləri məhz Azərbaycanın liderliyi ilə Türk Şurasında, daha sonra Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində birləşdirə bildi. Pandemiya ərzində ölkəmiz beynəlxalq sosial öhdəlik nümunəsi olaraq 30-dan çox dövlətə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına donor yardımları göstərib. Cənab İlham Əliyev bu istiqamətdə ədalətli liderlik missiyasını davam etdirərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsinin qəbuluna nail olmaqla, sözün əsl mənasında, tarix yazıb".
Deputat həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə regionda qlobal layihələr reallaşdırılıb, resursların düzgün bölüşdürülməsi nəticəsində ölkənin iqtisadi müstəqilliyinə, maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunub, ciddi hərbi və siyasi əməkdaşlıq əlaqələri qurularaq gücləndirilib: “Yenidən Prezident seçildikdən sonra keçmiş son dörd ildə siyasi, iqtisadi, hərbi, diplomatik və digər sahələrdə çoxsaylı uğurlara imza atan cənab İlham Əliyev Şanlı Qələbəmizin müəllifinə, ölkədə xalq-dövlət-ordu birliyinin təminatçısına, xalqına qələbələr qazandıran, uğurlar gətirən liderə, Cənubi Qafqazda yeni geosiyasi reallıqların memarına çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB