Brüssel görüşündə hansı məsələlər həllini tapacaq? - POLİTOLOQ DANIŞDI
“Brüssel görüşündə müsbət irəliləyişlər olacağını gözləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu prosesə Amerika və Avropa Birliyi qatılıb: Düşünürəm ki, bu məsələni bütünlüklə Rusiyanın nəzarətindən çıxartmaq istəyəcəklər. Ona görə də tərəflər hər mənada dəstək verəcəklər. Sülh sazişinin müəyyən elementləri, sərhədlərin və kommunikasiya məsələrinin həlli, sülh sazişini hazırlayacaq İşçi Qrupunun hazırlanması və s. məsələlər müzakirə olunacaq.
Məncə, Qərb Rusiyanın proseslərdə iştirak etmədiyi bir dövrdə bu məsələni tamamilə intisara alıb öz fəaliyyəti altına keçirəcək. Hesab edirəm ki, görüşdə Azərbaycanın ərazi bütövlüyü mövzusuna da toxunulacaq və müsbət həllini tapacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB