“Ulu Öndər Heydər Əliyevin elmi irsini öyrənirik adlı siyasi məktəbin” açılış tədbiri keçirilib - FOTOLAR

“Ulu Öndər Heydər Əliyevin elmi irsini öyrənirik adlı siyasi məktəbin” açılış tədbiri keçirilib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında “Ulu Öndər Heydər Əliyevin elmi irsini öyrənirik adlı siyasi məktəbin” açılış tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və YAP-ın fəal üzvləri çıxış edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin elmi irsi və onun fəaliyyəti ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirakçıları salamlayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi illərdə Azərbaycan dövlətinin inkişafına böyük töhfələr vermişdir: “Ulu Öndər Azərbaycanı çətin vəziyyətdən çıxardaraq inkişaf etmiş ölkələr siyahısına daxil etmişdir. Ulu Öndərin yaratdığı tarixi özümüz də dəqiq bilməliyik və bu tarixi gələcək nəsillərə də dəqiq ötürməliyik. Ulu Öndər rəhbərliyə gəldiyi illərdə Azərbaycan 15 sovet ölkəsi içərisində ən inkişaf etmiş respublika statusuna sahib olmuşdur. Sənaye, kənd təsərrüfatı, elm, incəsənət, ədəbiyyat və digər sahələrdə Azərbaycanın inkişafı üçün mühüm addımlar atmışdır. Savadlı gənclərin yetişdirilməsi istiqamətində 2000-ə yaxın gənci təhsil almaq üçün ən yaxşı universitetlərə göndərmişdir. Heydər Əliyev Azərbaycanda müstəqil elektron energetika sisteminin təməlini qoydu. Məhz Onun uzaqgörənliyi sayəsində Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycan dövləti heç bir ölkədən asılı olmadan özünü elektrik enerjisi ilə təmin etdi. "Ulu Öndər" titulunu Heydər Əliyevə Azərbaycan xalqı layiq görmüşdür. Sahil qəsəbəsində Dərin Özüllər Zavodunu yaratmışdır. Bunun vasitəsilə dünyanın tanınan neft şirkətləri Azərbaycana investisiya qoyublar".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Ümummilli liderin Azərbaycanın tərəqqisinin və inkişafının onun adı ilə bağlı olduğunu qeyd edib: "Onun həyata keçirdiyi tədbirlər Azərbaycanın inkişafı üçün mühüm addımlardandır. Azərbaycan ziyalılarına, milli ruhda yazıb yaradan şairlərə, yazıçılara hər zaman dayaq olmuşdur. Gənc nəsilə diqqət və qayğının göstərilməsi onun siyasətinin əsas hissəsidir. Qeyd edim ki, bugünkü inkişafımızın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Eyni zamanda SSRİ-nin yaxın Şərq siyasətini istiqamətləndirən şəxs məhz Ümummili lider Heydər Əliyevdir. Heydər Əliyev hakimiyyətə qayıdarkən Azərbaycanın xarici siyasətini düzgün məcrayə yönəltmişdir".

Sonda isə tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə