Qoşunlar arasında koordinasiya yüksək səviyyədə idi - HƏRBİ EKSPERT DANIŞDI
"Azərbaycan Türkiyə əlaqələri bütün sahələrdə ən yüksək səviyyələrdə inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bunun ən yüksək göstəricisidir: "Şuşa bəyanatının əsas məğzi ondadır ki, bütün sahələrdə əməkdaşlıq daha da dərinləşsin, daha da möhkəmlənsin. O cümlədən hərbi sahədə də əməkdaşlıq davam etdirilsin. Hər il Azərbaycan ordusu ilə Türkiyə ordusu müxtəlif sahələrdə təlimlər keçirir.
Türkiyə Müdafiə Nazirliyi də “Efes-2022” təlimləri ilə bağlı açıqlama yayıb. Bu təlimlərin məqsədi gəmiyə minmək, kəndirlərlə sahəyə çıxmaqdır. Ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələri müxtəlif qoşun növləri üzrə, o cümlədən dəniz qüvvələri üzrə təlimlər keçirir. Bu təlimlər Azərbaycan ordusunun möhkəmlənməsinə, əlavə təcrübə qazanmasına, kurslarda hazırlıqlara və regionda sülhün, təhlükəsizliyin qorunmasına xidmət edir. Azərbaycan ordusunun güclənməsinə qardaş Türkiyə ordusu böyük töhfələr verir.
Azərbaycan hər zaman Türkiyənin yanındadır. Bu cür təlimlərin əhəmiyyəti həddindən artıq böyükdür. Təlimlər keçirilən dərslərin hazırlıq səviyyəsinin göstəricisidir. Bu təlimlərdə dəniz qüvvələrinin hazırlıq səviyyəsi yoxlanılır. İstənilən anda qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün təlimlərin əhəmiyyəti böyükdür. Biz Vətən müharibəsində ordumuzun hazırlığının yüksək olduğunun şahidi olduq. Çünki təlimlərdə qarşıya qoyulan tapşırıqlar yüksək səviyyədə mənimsənilmişdir. Zabitlərimiz, əsgərlərimiz, gizir və çavuşlarımız tam hazırlıqlı idi. Qoşunlar arasında koordinasiya yüksək səviyyədə idi və təlimlərdə çox peşəkarcasına iştirak edirdilər. Əsgəri savadlı olan və döyüşə yüksək səviyyədə hazırlaşan ordu hər zaman qalib gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB