Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Tərəflər, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə