“Hraparak”: “Qarabağ erməniləri mühacirət etmək üçün qəti qərara gəliblər” TƏCİLİ!

“Hraparak”: “Qarabağ erməniləri mühacirət etmək üçün qəti qərara gəliblər” TƏCİLİ!

Ermənistanda dərc edilən “Hraparak” qəzetinin yazdığına görə, Qarabağdakı situasiya get-gedə daha çətin və gözlənilməz vəziyyətdədir. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, ermənilər Rusiya sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin tutduğu mövqelərdən əvvəlki mövqelərinə doğru kənarlaşdıra bilməyiblər və sonuncular (yəni Azərbaycdan SQ-i-R.R.) tədricən irəliləməklə yeni mövqelərə sahib olurlar.

Lakin sözügedən xəbərin daha bir diqqət çəkən məqamı budur ki, hələ də nəyəsə ümid edən və 30 il əvvəl zəbt etdikləri azərbaycanlıların evlərində yaşayan, Azərbaycanın yuridiksiyası altında keçmək istəməyən Qarabağ ermənilərinin son ümidləri də tükənməkdədir. SİTAT: “Başqa tərəfdən, Qarabağdakı ermənilərin çıxılmaz vəziyyətdə olmaları və ümidsizlikləri daha da güclənir – onlar anlayırlar ki, Ermənistandakı hakimiyyət əllərini onlardan üzüb və Qarabağı taleyin hökmünə buraxıb”.

“Hraparak” diqqəti Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi son hökumət iclasına da yönəldib. “Nikol Paşinyanın hökumətin son iclasındakı bəyanatından sonra Qarabağdakı ermənilər birdəfəlik əmin oldular ki, Ermənistan daha onların təhlükəsizlik qarantı kimi çıxış etmir”, yazan erməni nəşri artıq ermənilərin bütün ümidlərinin tamamilə tükəndiyini bildirir, eyni zamanda qeyd edir ki, artıq onların çoxu yaşadıqları əraziləri tərk edərək mühacirət etmək barəsində qəti qərarlar verməyə başlayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə